Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.
Təqvim
«    May 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Korrupsiya  və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi  aparılmalıdırPrezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Biz öz işimizlə, öz fəaliyyətimizlə doğma xalqımıza ləyaqətlə xidmət etməliyik və ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması işində səyləri davam etdirməliyik. Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borcuna vicdanla yanaşsın, insanları narahat edən problemləri həll etsin. Bütün ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab versin. Xalqa və dövlətə ləyaqətlə xidmət etsin.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Rüşvətxor məmurların ifşa olunması istiqamətində atılan addımlar məni qane etmir. Əgər yerlərdə rüşvətxor məmurlar iqtisadi islahatların aparılmasına imkan yaratmırsa, onda bizim heç bir planımız, proqramımız həyatda öz əksini tapa bilməz.
Oxunub: 2148 dəfə | Tarix: 15 May 2012 | Kateqoriya: --- Ətraflı...
Millət vəkillərinin korrupsiyaya qarşı mübarizədə yaxından iştirakına böyük ehtiyac var
SƏS TV-də gedən müsahibəni buradan izləyə bilərsiniz


- Ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işləri necə qiymətləndirirsiniz və bu istiqamətdə müsbət nəticələr varmı?
- Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində atılan addımlar 2004-cü ildən başlayaraq korrupsiyaya qarşı mübarizə haqqında qanunun qəbulu, sonra dövlət proqramı və 2007-ci ildə isə anti-korrupsion milli strategiyanın qəbulu ilə davam edir. Görülən tədbirlər, qəbul olunan qərarlar, bütün anti-korrupsion sənədlər bu mübarizə üçün istənilən şəraiti yaradır. Beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində qəbul olunan qanunları və normativ sənədləri müsbət qiymətləndirir. Lakin qanunların icrası ilə bağlı vəziyyət ictimaiyyətin istədiyi kimi deyil.
Oxunub: 19 dəfə | Tarix: 15 May 2012 | Kateqoriya: --- Ətraflı...
Korrupsiyaya qarşı Mübarizə Fondu yeni layihəyə start verir Korrupsiyaya qarşı Mübarizə Fondu QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə may- oktyabr aylarını əhatə edəcək “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlarla dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsini həyata keçirməyə başlayıb. Layihə ölkənin 5 regionunda - Qusar, Şəmkir, Ağstafa, Cəlilabad, Sumqayıtda həyata keçiriləcək. Layihənin məqsədi vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu üçün regional Qaynar xətlərin fəaliyyəti; vətəndaşların ərizə və şikayətlərinin elektron qaydada qəbulu və virtual vəkillik xidmətinin təşkili; Fondun regionlardakı ofislərində korrupsiya şikayətləri ilə bağlı vətəndaşların qəbulu və onlara hüquqi yardımın göstərilməsidir. Layihə çərçivəsində korrupsiya cinayətləri ilə bağlı şikayətlərin təşkili və onların hüquq-mühafizə orqanlarına istiqamətləndirilməsi üçün “Antikorrupsion Yaddaş” (buklet) bütün regionlarda əhaliyə paylanılacaq. Bundan əlavə, Korrupsiyaya qarşı Mübarizə Fondu öz potensialı hesabına ölkənin bütün ərazisində korrupsiyanın səviyyəsi və ona qarşı mübarizənin vəziyyəti ilə bağlı ANTIKORRUPSION ÜMUMRESPUBLIKA SORĞUSU keçirilməsini nəzərdə tutur.

Oxunub: 50 dəfə | Tarix: 1 May 2012 | Kateqoriya: --- Ətraflı...
"Rüşvətxorluq halları bəzi dövlət idarələrində hələ də davam edir..." ...bu da cəzasızlığın olmaması deməkdir." Korrupsiyaya qarşı mübarizə davamlı prosesdir.Ölkə başçısının elan etdiyi kimi, bu mübarizə davamlı olacaq. Korrupsiyaya qarşı mübarizə tədbirlərinə münasibət bildirən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bunları bildirdi. "Bunun nəticələrini bilmək üçün davamlı olaraq ictimaiyyət arasında sorğular keçirilməlidir, eyni zamanda da telekanallarda bununla bağlı verilişlər verilməlidir. Vətəndaşların fikri öyrənilməlidir. Təəssüflər olsun ki, bu sahədə vəziyyət arzuolunan deyil. Əgər nəticə haqqında ictimai rəy yoxdursa, xüsusilə bir il ərzində həyata keçirilən tədbirlər haqqında cəmiyyət arasında sorğu keçirilməyibsə, məsələ yarımçıq hesab olunur", deyə müsahibimiz əlavə etdi.
Oxunub: 80 dəfə | Tarix: 10 Aprel 2012 | Kateqoriya: --- Ətraflı...
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir" Vasif Mövsümov: “Bəzi məmurların da belə təbliğ etdiyi kimi korrupsiyaya qarşı mübaizə kampaniya xarakteri daşımır”
“Korrupsiyaya qarşı mübarizə nə qədər effektli həyata keçirilir və bu istiqamətdə müsbət addımlar atılırsa, bir o qədər bu mübarizəyə qarşı məmur müqaviməti başlayır”
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrlə bağlı iclasında prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin bundan sonra da davam etdirilməsi barədə verdiyi tapşırıq və tövsiyyələrə əsasən sözügedən sahədə növbəti addımların atılacağı ümidi yaradıb.
Oxunub: 142 dəfə | Tarix: 4 Fevral 2012 | Kateqoriya: --- Ətraflı...
Korrupsiyaya qarşı mübarizənin aparılması, nəticələr və proqnozlar Korrupsiyaya qarşı mübarizənin aparılması, nəticələr və proqnozlar barədə Yevlaxın EL telekanalında reportaj yayımlanmışdır. Verilişdə Korrupsiyaya qarşı Mübarizə Fondunun ekspertləri iştirak edirlər.
Videonu izlə
Oxunub: 185 dəfə | Tarix: 10 Yanvar 2012 | Kateqoriya: --- Ətraflı...
2011-ci ildə korrupsiyaya qarşı mübarizənin nəticələri Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı ilin yekunu - nəticələr, proqnozlar barədə "Azadlıq" radiosunun "Şəffaflıq" verilişində Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun müsahibəsində dinləyə bilərsiniz.

DİNLƏ
Oxunub: 191 dəfə | Tarix: 28 Dekabr 2011 | Kateqoriya: --- Ətraflı...
Korrupsiya ilə mübarizədə QHT-lərin və medianin rolu Aşkarlıq və şəffaflıq korrupsiyanın qarşısını alan ən effektli vasitədirlər. Bu səbəbdən korrupsiya ilə mübarizədə Media müstəsna rola malikdir. Lakin jurnalist korpusunun imkanlarından düzgün və səmərəli istifadə olunması da vacibdir. Korrupsiya-rüşvət ümumi qlobal xəstəlik olsa da hər bir ölkədə ona qarşı fərqli müalicə üsulları tətbiq edilməlidir. Bu həmin xalqın tarixi yaşam tərzi, ictimai inkişafı, milli psixologiyası, mövcud siyasi durumu və sair şərtlərdən asılıdır.
Azərbaycan reallığında Medianın əsas vəzifələrindən başlıcası insanları fəallığa təşviq etməkdir, onlarda ümidsizlik-təslimçilik deyil, qalibiyyət ruhu yaratmaqdır. Yalnız mənfi halların sıralanması yox, uğurlu mübarizə nümunələrinin cəmiyyətə çatdırılması, korrupsiyanın məğlubiyyətləri daha çox işıqlandırılmalıdır. Bu digər vətəndaşlara da yol göstərər, onları ürəkləndirər, maarifləndirər və bu minvalla korrupsiya əleyhinə cəbhəyə yeni-yeni qüvvələr cəlb edə bilər.

Korrupsiyaya qarşı Mübarizə Fondunun da fəaliyyətini əks etdirən videonu izlə


Media Forum
Oxunub: 201 dəfə | Tarix: 16 Dekabr 2011 | Kateqoriya: --- Ətraflı...
Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günü Ağdaşda qeyd olundu Korrupsiyaya Qarşı Mübarizə Fondu “Regionlarda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın maarifləndirilməsi” layihəsi çərçivəsində 9 Dekabr Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günündə növbəti dəyirmi masanı Ağdaş şəhərində keçirmişdir. Ağdaş rayonunda korrupsiyaya qarşı mübarizə ilə bağlı belə geniş formatlı bir tədbirin ilk dəfə keçirilməsi rayon ictimaiyyəti arasında xüsusi maraq doğurmuşdur. Tədbirdə əksər yerli dövlət orqanlarının, ictimaiyyətin, KİV-in və regional telekanalların da nümayəndələri iştirak etmişlər. Dəyirmi masada edilən çıxışlarda diqqət çəkən məqamlardan biri o idi ki, yerli dövlət orqanları öz fəaliyyətlərində şəffalıq prinsiplərinə əməl etmək üçün vətəndaş cəmiyyəti ilə əməkdaşlıq təklif edirdilər. Bu da məmurlar tərəfindən qanunların icrasına ictimai nəzarətin təşkilinə zəmin yaradır. Tədbirdə ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti və bu istiqamətdə Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verildi. Qeyd olundu ki, əhaliyə hüquqi yardım göstərmək üçün Fondun Ağdaş rayonu və ətraf regionlarda fəaliyyəti genişləndirilsin. Yerli dövlət orqanları ilə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq etmək üçün Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyinin təşkil olunması qərara alındı.

Korrupsiyaya qarşı Mübarizə Fondu

Oxunub: 256 dəfə | Tarix: 14 Dekabr 2011 | Kateqoriya: --- Ətraflı...
Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günü 9 Dekabr Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günüdür
2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində BMT-nin korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş konfransında BMT-nin Korrupsiya əleyhinə Konvensiyası imzalanma üçün açıq elan edilib. Azərbaycan bu Konvensiyanı 27 Fevral 2004-cü ildə imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisi isə bu hüquqi aktı 1 noyabr 2005-ci ildə təsdiq edib. Konvensiya 14 dekabr 2005-ci ildə qüvvəyə minib. BMT 9 dekabrı Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü elan edib. Bu konvensiya ölkələrin inkişafına zərbə vuran, demokratiyaya və hüquqi dövlət rejiminə təhlükə yaradan korrupsiyaya qarşı mübarizə aparmaq üçün əsas beynəlxalq sənəddir. Bu əlamətdar gün ərəfəsində dünyanın müxtəlif ölkələrində antikorrupsiya aksiyaları və tədbirləri keçirilir.

Korrupsiyaya qarşı Mübarizə Fondu
Oxunub: 209 dəfə | Tarix: 6 Dekabr 2011 | Kateqoriya: --- Ətraflı...
“Hər hansı məmur etdiyi əmələ görə cəzasını almalıdır” Vasif Mövsümov: “Korrupsiyaya qarşı mübarizənin effektivliyini artırmaq üçün inzibati tədbirləri daha da gücləndirmək lazımdır”
Cari ilin ilk aylarında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərin son vaxtlar bir qədər azalması bəzi qüvvələr tərəfindən sözügedən mübarizənin kampaniya xarakterli olduğu barədə rəyin formalaşdırılmasına yol açıb. İddia edilir ki, həmin ərəfədə ərəb ölkələrində baş verən hakimiyyət dəyişikliklərindən ehtiyatlanan ölkə iqtidarı cəmiyyətin diqqətini ərəb ölkələrindən yayındırmaq məqsədilə korrupsiya və rüşvətxorluğa qarşı kampaniya xarakterli mübarizəyə başladı. Son vaxtlar sözügedən istiqamətdə həyata keçirilən tədbirlərin bir qədər az müşahidə edilməsi də məhz bu cür qiymətləndirilir.
Oxunub: 390 dəfə | Tarix: 28 Noyabr 2011 | Kateqoriya: --- Ətraflı...
Balakəndə ilk antikorrupsion dəyirmi masa keçirildi Tədbirdən olan video-çəkilişi aşağıdakı linklərdə izləyə bilərsiniz
İzlə-1

İzlə-2

Korrupsiyaya Qarşı Mübarizə Fondu “Regionlarda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti dəyirmi masanı Balakən şəhərində keçirmişdir. Tədbir AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutmuşdur. Balakən rayonunda korrupsiyaya qarşı mübarizə ilə bağlı belə geniş formatlı bir tədbirin ilk dəfə keçirilməsi yerli əhali arasında xüsusi maraq doğurmuşdur. Tədbirdə əksər yerli dövlət orqanlarının, ictimaiyyətin, KİV-in və regional telekanalların da nümayəndələri iştirak etmişdir. Tədbirdə edilən çıxışlarda diqqət çəkən məqamlardan biri o idi ki, yerli dövlət orqanları öz fəaliyyətlərində şəffalıq prinsiplərinə əməl etmək üçün vətəndaş cəmiyyəti ilə əməkdaşlıq təklif edirdilər. Bu da məmurlar tərəfindən qanunların icrasına ictimai nəzarətin təşkilinə zəmin yaradır. Tədbirdə ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti və bu istiqamətdə Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verildi.
Korrupsiyaya qarşı Mübarizə Fondunun rayonda apardığı araşdırmaların nəticəsi olaraq demək olar ki, son aylarda Balakən rayonunda əhalinin şikayətlərinə baxılması sahəsində nəzərə çarpacaq müsbət dəyişikliklər baş vermişdir. Belə ki, Fondun müşahidələri göstərir ki, bir sıra regionlardan fərqli olaraq, burada intensiv abadlıq işləri görülməsinə baxmayaraq, büdcə təşkilatlarında çalışanlardan və sahibkarlardan qanunsuz olaraq pul yığılmır. Buna görə də vətəndaşlarla olan söhbətlərdə hiss olundu ki, əhali rayondakı vəziyyət barədə müsbət fikirdədir. Tədbirdə Fondun Balakəndə fəaliyyətinin genişləndirilməsi və yerli dövlət orqanları ilə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq etməsi qərara alındı.
Oxunub: 265 dəfə | Tarix: 3 Noyabr 2011 | Kateqoriya: --- Ətraflı...
Cəza tədbirləri olmadan korrupsiyaya qarşı mübarizə səmərə verməyəcəkdir Ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti və daha hansı tədbirlər görməyin vacib olması ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun Azadlıq radiosuna müsahibəsi.

Dinlə
Oxunub: 243 dəfə | Tarix: 27 Oktyabr 2011 | Kateqoriya: --- Ətraflı...
Xaçmazda korrupsiya problemi gərgin diskussiyaya səbəb oldu Tədbirdən olan video çəkilişi buradan izləyə bilərsiniz
İzlə-1

İzlə-2

İzlə-3

Korrupsiyaya Qarşı Mübarizə Fondu AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz şəhərində keçirmişdir. Hüquq- mühafizə və bəzi yerli dövlət orqanlarının, ictimaiyyət və KİV-in nümayəndələrinin də iştirak etdiyi tədbirdə ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti və bu istiqamətdə Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verildi. Ölkə miqyasında korrupsiyaya qarşı mübarizə tədbirləri güclənsə də, ictimaiyyətin korrupsiyaya müqavimətinin lazımi səviyyədə olmadığı qeyd olundu. Öz növbəsində məmurların da korrupsiyaya qarşı mübarizə siyasətinə müqavimətinin artdığı, bu istiqamətdə hələ də xeyli işlərin görülməli olduğu və gələcəkdə də bu kimi layihələr həyata keçiriləcəyi bildirilmişdir.
Oxunub: 284 dəfə | Tarix: 20 Oktyabr 2011 | Kateqoriya: --- Ətraflı...
Korrupsioner məmur dövlətin maraqlarını hər vaxt sata bilər Azərbaycanda 2004-ci il yanvarın 30-da Korrupsiyaya Qarşı Mübarizə haqda Qanun imzalandı. Bu qanunun qəbulu ölkədə korrupsiyaya qarşı mübarizəyə start verilməsi demək idi. Bundan öncə də ayrı-ayrı fərmanlar imzalanmış, rüşvət almaq və verməyin cinayət əməli olması Azərbaycanın cinayət məcəlləsində xüsusi maddələrlə göstərilmişdi. Amma bu barədə ayrıca qanunun imzalanması həm də dövlət üzərinə məsiliyyət qoydu.
Eyni zamanda, Azərbaycan Avropa Şurasının korrupsiya ilə mübarizə üzrə 2 konvensiyasına qoşuldu, Dünya qarşısında bir öhdəçilik götürdü. Və belə bir məqamda əsas məsələlərdən biri də vətəndaş fəallığının artırılması idi. Bu cür vətəndaş mübarizliyini təmsil edən bir təşkilatın – “Korrupsiyaya Qarşı Mübarizə Fondu” - nun təsis olunması da məhz həmin ərəfəyə təsadüf etdi. Müsahibimiz Fondun icraçı direktoru Vasif Mövsümovdur.

- Vasif müəllim, ilk olaraq fəaliyyətə nədən başladınız?
Oxunub: 271 dəfə | Tarix: 18 Oktyabr 2011 | Kateqoriya: --- Ətraflı...
← Geri    1 2 3 4 5    İrəli →


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az