Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

“2007-2011-ci illər üçün nəzərdə tutulmuş milli strategiya çərçivəsində əhali korrupsiya səviyyəsinin…

“2007-2011-ci illər üçün nəzərdə tutulmuş milli strategiya çərçivəsində əhali korrupsiya səviyyəsinin... “Lakin buna görə inzibatçılıq sistemində islahatlar keçirmək, rəqabət apara biləcək iqtisadi mühit yaratmaq və inhisarçılığa qarşı mübarizə aparmaq lazımdır. Ölkəmiz iqtisadi inkişafın üstünlüklərindən istifadə etməli və korrupsiyaya qarşı mübarizə aparmalıdır, biz belə imkanı əldən buraxmamalıyıq. Çünki bəzi stabil olaraq inkişafda olan ölkələrdə korrupsiyanın səviyyəsi arzuolunmaz vəziyyətdədir”, – deyə, Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bildirib. Onun fikrincə, ölkədəki korrupsiyanın həqiqi səviyyəsi barədə daha ətraflı məlumat əldə etmək üçün monitorinqlər keçirmək lazımdır. “Hər halda son il ərzində ictimaiyyət korrupsiyaya qarşı mübarizədə daha fəal iştirak edir”. O hesab edir ki, ölkənin regionlarında keçirilən seminarlar zamanı əhali ən çox bələdiyyə orqanlarında olan korrupsiya faktları və məmurların özbaşınalığından şikayətlənir. “Xüsusilə, əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarındakı, yəni əlillik vəsiqəsinin verilməsi zamanı korrupsiya faktları ilə bağlı narazılığını bildirir”. Icraçı direktorun sözlərinə görə, proqramlarda göstərilən tədbirlər düzgün həyata keçirilsə, bu mənfi təzahürə qarşı effektli mübarizə aparmaq üçün imkan yaranacaq. V.Mövsümov əlavə edib ki, Azərbaycanda hələ 2004-ci ildən proqram çərçivəsində korrupsiya səviyyəsinin azaldılması istiqamətində addımlar atılır, antikorrupsion qanunvericilik, bu sahədə dövlət siyasəti həyata keçirən dövlət strukturlar yaradılıb.
“Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üzrə milli strategiyanın qəbul edilməsi bu istiqamətdə görülən növbəti tədbir olub. V.Mövsümovun sözlərinə görə, fond artıq 4-cü ildir ki Azərbaycanın regionlarında korrupsiyaya qarşı mübarizə sahəsində əhalinin məlumatlandırılması üzrə tədbirlər keçirir. “Əgər əvvəllər əhalinin böyük hissəsi korrupsiya faktları ilə bağlı dövlət strukturlarına birbaşa şikayət etməkdən çəkinirdisə, hazırda vətəndaşların əksəriyyəti qorxmadan belə faktlar ilə bağlı narazılığını bildirir. Beləliklə, anonim şikayətlərin sayı getdikcə azalır”.
Əvvəllər yerli hakimiyyətin nümayəndələri bizim antikorrupsion seminarlarda iştirak etmirdisə, lakin indi vəziyyət dəyişilib. “Biz deyə bilərik ki, 2007-2011 illər üçün nəzərdə tutulmuş milli strategiya çərçivəsində əhali korrupsiya səviyyəsinin azaldılmasını müşahidə edə bilər”, – deyə, o bildirib.

EHO