Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

2008-ci ildə hərbi strukurlarda korrupsiyadan gələn zərər

2008-ci ildə hərbi strukurlarda korrupsiyadan gələn zərərRF hərbi xidmətçilərinin törətdiyi korrupsion cinayətlərdən gələn zərər 2.2 milyard rubl təşkil edib. Bu 9 ay ərzində 1400-dən çox cinayət deməkdir. Ötən illə müqayisədə hərbi xidmətçilərin arasında belə cinayətlərin sayı üç dəfə artıb. Bu pul 30-dan çox müasir T-90 tankını almağa yetər.
Hərbi istintaqa görə ən çox korrupsion cinayətlər Silahlı qüvvələrdə qeydiyyatdan keçib – bu praktik olaraq ümumi hesabın dörddə üç hissəsi deməkdir. Cinayətlərin təxminən 12%-i Rusiyanın FHN–in hərbi xidmətçilərində, 8%-i Daxili qoşunlar və 4%-i Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətindədir. 47%-i xidməti vəzifəsindən istifadə edərək törədilən mülkiyyətə qarşı cinayətlər təşkil edir. Qalan 53%-i isə dövlət orqanlarına və dövlət xidmətinə qarşı cinayətlərdir.
1 il ərzində ordunun 21 yüksək məmuru cinayət məsuliyyətinə cəlb edilib. Bununla bərabər 18 cinayət işinin korrupsiya əlamətləri var. 8 cinayət işi artıq məhkəməyə yönləndirilib. Qalanları ilə bağlı istintaq davam edir. Korrupsiya istiqamətli cinayətlərin 3/4 –nü məmurlar törədir. Bununla bərabər, generallar arasında korrupsiya azdır.

İTAR-TASS

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO