Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ABŞ: Korrupsiya və hakimiyyətin qeyri-şəffaflığı Ermənistanın əsas problemidir

  Korrupsiya və hakimiyyətin qeyri-şəffaflığı 2014-cü ildə Ermənistanda insan haqlarının əsas pozuntularından biridir. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının qorunmasının vəziyyətinə dair illik hesabatında qeyd olunub.

 

“Ermənistana gəlincə, sistemli korrupsiya və hökumət qurumlarında şəffaflığın mövcud olmaması, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyinin və vətəndaşların hökuməti dəyişmək hüququnun məhdudlaşdırılması 2014-cü ildə  insan haqları sahəsində əsas problemlərdən biri olub”, deyə hesabatda bildirilir.

 

Hesabatda qeyd olunur ki, hakimiyyətin bütün səviyyələrinin korrupsiyada ittiham olunması qanunun aliliyini sarsıdıb. “Hökumətdə şəffaflığın olmaması ictimaiyyətə vəzifəli şəxsləri yol verdikləri əməllərinə görə tam şəkildə məsuliyyətə cəlb etməyə imkan vermir. İcra hakimiyyəti məhkəmələrə siyasi təzyiqlər göstərməkdə davam edir, məhz bu səbəbdən məhkəmə tərəfdən siyasi təqiblər və ədalətsiz hökmlərin verilməsi halları müşahidə olunur”, deyə hesabat müəllifləri qeyd edib.

 

Hesabatda həmçinin Ermənistan ordusunda sui-istifadə və müəmmalı ölüm, “dedovşina” və çağırışçılarla kobud və qəddar münasibət hallarının olması vurğulanıb. Hesabat müəllifləri  təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaması  hallarını xüsusi qeyd edir.  

 

“Polis etiraf izahatları almaq məqsədilə dindirilmə zamanı saxlanılan şəxslərə işgəncələr verməkdə davam edir. Məhkumlarla həddindən çox dolu olan həbsxanaların əksəriyyətində antisanitariya şəraiti hökm sürür. Hakimiyyət əsaslandırılmış şübhələr olmadan vətəndaşları saxlamaqda davam edir”, deyə hesabatda vurğulanır.  

 

ABŞ Dövlət Departamenti hesab edir ki, Ermənistan mətbuatında siyasi fikirlərin müxtəlifliyinə və obyektivliyinə rast gəlinmir. Həmçinin vətəndaşların etirazlarını işıqlandıran jurnalistlərin zorakılığa məruz qalması hallarına rast gəlindiyi qeyd edilir.  

 

 

Hesabatda həmçinin sağlamlıq imkanları məhdud olan şəxslərin bütün sahələrində diskriminasiyaya məruz qalması qeyd olunur.