Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

October 2018
M T W T F S S
« Oct    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ADU-da QHT nümayəndələri imtahanı izləyiblər

   Mayın 18-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun bu ilin 6 aprel tarixində imzaladığı 32 saylı əmrinə əsasən imtahanların açıq və şəffaf keçirilməsini təmin etmək məqsədi ilə tələbələrin valideynləri, o cümlədən ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentinin universitetə dəvəti çərçivəsində QHT üzvləri, ictimai təşkilat nümayəndələri universitetdə imtahanların gedişini izləyiblər. İzləmə prosesində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov iştirak edirdi.

Pedaqoji (ingilis dili- alman dili), Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültələrində keçirilən imtahaların izlənmə prosesində iştirak edən Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verdi. O, ali təhsil ocaqlarında imtahan sessiyalarının gedişi ilə bağlı monitorinqlər aparıldığını bildirdi. Imtahan sualları ilə maraqlanan koordinator aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğuladı. Ə.Nuriyev tələbələrdən imtahanla bağlı hər hansı bir problemlərinin olub–olmadığını, qiymətləndirmə zamanı obyektivliyin və şəffaflığın qorunduğu haqqında maraqlandı. Ə.Nuriyev əgər problem olarsa bununla bağlı onlara müraciət etməyin zəruriliyini bildirdi. O, ADU-nun digər ali təhsil ocağına nümunə olduğunu və universitetdə tələbələrin hərtərfli inkişafı üçün yüksək şərait yaradıldığından məmnunluğunu ifadə etdi.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Ə. Nuriyev monitorinqlərin aparılması üçün yaradılan şəraitə görə universitetin rektoru, professor S. Seyidova təşəkkürünü bildirdi.

İmtahanların yüksək səviyyədə keçdiyini və bütün lazımi şəraitin yaradıldığını bildirən tələbələr eyni zamanda imtahanla bağlı öz təkliflərini səsləndirdilər.

Onu da əlavə edək ki, əmrə əsasən yaz imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb, eyni zamanda mail@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.

 

Onu da qeyd edək ki, bu il ADU-da keçirlən yaz imtahan sessiyasında nəzəri imtahan sualları aidiyyatı üzrə fənnin proqramına uyğun olaraq öncədən tələbələrə təqdim olunub.

SİA.az