Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Aleksandr Lukaşenkonun ifşa etdiyi prokuror həbs edilib

Aleksandr Lukaşenkonun ifşa etdiyi prokuror həbs edilibKorrupsiyada ittiham olunan Minsk vilayətinin keçmiş prokuroru Mixail Snegir Belorusiyada həbs edilib. Vəzifəsindən sui-istifadə etdiyinə görə ona qarşı rəsmi ittiham irəli sürülüb. Belorusiyanın Cinayət Məcəlləsinin buna müvafiq maddəsi 10 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Xatırladaq ki, Snegir və digər yüksək vəzifəli prokurorun (ölkənin baş prokurorun müavini Nikolay Kupriyanov) korrupsiya fəaliyyəti haqqında məlumatını noyabr ayının ortalarında Belarusiya prezidenti Aleksandr Lukaşenko bildirib. O, korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş müşavirədə çıxış edərək onların işdən qovulmasını və onlara qarşı cinayət işi açılmasını əmr edib.
Lukaşenkonun sözlərinə görə 2007-ci ildə Snegir Minskin mərkəzində şübhəli şəraitdə 5 otaqlı mənzil əldə edib. Mənzil sahəsi ucuzlaşdırılmış qiymətə alınıb: bazar qiyməti yarım milyon dollar olan mənzilə prokuror 156 milyon Belarus rublu (təxminən 70 min dollar) verib. Bundan başqa aydın olub ki, mənzili ümumiyyətlə satmaq olmazdı. Belə ki, orda mənzili 2024-cü ilə kimi kirayəyə götürən Sidoroviç adlı bir şəxs yaşayırdı.
Müşavirədə çıxış edərək Lukaşenko deyib ki, Minsk vilayətinin prokuroru onun işinə baxan hakimlərlə və baş prokurorun müavini Nikolay Kupriyanovla danışığa girib. Adı çəkilən sonuncu adam çalışıb ki, Sidoroviçin adı hallanan şikayətlərə yol verilməsin.

“İnterfaks”