Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Antikorrupsion dərslərin keçirilməsinə start verildi

Antikorrupsion dərslərin keçirilməsinə start verildi Korrupsiyaya qarşı Mübarizə Fondu orta məktəb şagirdləri arasında antikorrupsion dərslər keçməklə bağlı layihə hazırlamışdır. Bu layihənin məqsədi şagirdləri korrupsiya fenomeni ilə tanış etmək, korrupsiya barədə cəmiyyətdə dözülməz münasibəti formalaşdırmaq və inkişaf etdirmək, korrupsiyaya qarşı mübarizə bacarıqlarına yiyələnməkdə onlara kömək etməkdir.
Korrupsiyaya qarşı Mübarizə Fondunun nümayəndələri ötən həftə 7 və 18 saylı orta məktəblərin 10-cu sinif şagirdləri arasında ilk antikorrupsion dərslərini keçmişlər. Dərslər interaktiv şəkildə aparılmış, şagirdlərə öz fikirlərini söyləmək, yaşadıqları korrupsiya xarakterli təcrübələrini paylaşmaq, korrupsiyanın qarşısını almaq üçün öz təkliflərini vermək şansı yaradılmışdır. Şagirdlərin verdiyi cavablardan və müzakirələrdə fəal iştiraklarından bəlli olurdu ki, onlar hələ müstəqil vətəndaş kimi həyata atılmasalar da, bu korrupsiya girdabından xəbərdardırlar və dəfələrlə rüşvət, süründürməçilik, tanışlıqla işə düzəlmə, süni bürokratik maneələrlə rastlaşıblar. Korrupsiyaya şərait yaradılmasının səbəbləri kimi onlar vətəndaş olaraq hüquqlarını bilmədiklərini, maaşların aşağı olmasını, artıq korrupsiyanın gündəlik həyatımızda normal qarşılandığını, cəmiyyət kimi birləşərək mübarizə apara bilmədiyimizi göstərmişlər. Şagirdlərə bildirilmişdir ki, heç bir maaşın aşağı olması rüşvətxor, korrupsioner olmağa səbəb kimi göstərilə bilməz. Çünki hər bir vətəndaş özünə peşə seçməmişdən əvvəl həmin peşənin gətirəcəyi gəlir barədə məlumatlı olur. Sonda şagirdlər gündəlik dərslərdən əlavə, onların müstəqil həyata atılarkən mübariz olmaları, öz hüquqlarını tələb etmələri üçün vacib olan belə maarifləndirici dərslərin tez-tez keçirilməsi barədə öz istəklərini bildirmişlər.
Təhsil Nazirliyinin Korrupsiyaya qarşı Mübarizə üzrə İşçi Qrupunun üzvü olaraq, Korrupsiyaya qarşı Mübarizə Fondu artıq belə dərslərin keçirilməsi təcrübəsinə malikdir. Bu dərslərin şagirdlər arasında bir ay müddətində keçirilməsi nəzərdə tutulur.

Korrupsiyaya qarşı Mübarizə Fondu

Antikorrupsion dərslərin keçirilməsinə start verildi

Antikorrupsion dərslərin keçirilməsinə start verildi

Antikorrupsion dərslərin keçirilməsinə start verildi

Antikorrupsion dərslərin keçirilməsinə start verildi