Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Azərbaycan 139-cu yerdədir

Azərbaycan 139-cu yerdədir Azərbaycan Transparency İnternational (TI)təşkilatının 2012-ci il üçün Korrupsiya Qavrama İndeksində (KQİ) 27 bal alıb və 176 ölkə arasında 139-cu sırada yer alıb.
Ən yaxşı göstəricisi yüz bal olan cədvəldə Azərbaycanın balını təşkilat, “bu sahədə görüləsi işlərin hələ çox olması” kimi izah edir.
Ötən il Azərbaycan 183 ölkə arasında 143-cü sırada göstərilmişdi.
Ancaq Transparency deyir ki, “metodologiyada dəyişiklər edildiyindən” bu il açıqlanan indeksi, ötən illərin hesabatı ilə müqayisə etmək mümkün deyil.
Bu göstərici ilə Azərbaycan ötən illərə nisbətən korrupsiyanı anlama sahəsində sabit rəqəmə malik olub, “nə böyük irəliləmə, nə də ki, geriləmə olub”, təşkilatın media əlaqələndiricisi Kənan Qasımov BBC Azərbaycancaya deyib.
KQİ dövlət sektorunda korrupsiya haqqında təsəvvürlərə əsasən hazırlanan hesabat olmaqla, “ölkədə korrupsiyanın tam səviyyəsini müəyyən etmir”.
Təşkilata görə, bu il Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün – antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uyğunlaşdırılması kimi mühüm addımlar atılıb.
Bu addımlara ASAN Dövlət Xidmətinin təsisi və elektron hökümət də aiddir. Amma Tİ əhaliyə göstərilən elektron xidmətlərin ictimaiyyətin gözləntilərini “tam doğrultmadığını” yazır.

Şikayətlər
Korrupsiyanı hələ də cəmiyyət üçün ciddi problemlərdən biri hesab edən təşkilat, onlara əsasən məkhəmə, polis, regionların icra hakimiyyətləri və daşınmaz əmlakın ilkin reyestri ilə bağlı narazılıq məktublarının gəldiyini deyir.
“Məhkəmələrlə bağlı qərarlar və onların icrası, icra hakimiyyətləri ilə bağlı süründürməçilik və korrupsiya faktları, polislə bağlı əhalidən istintaq və cinayət işlərinin aparılması pul tələb edilməsi, daşınmaz əmlak haqqında isə süründürməçilik şikayətləri gəlir”, Qasımov bildirir.
Onun sözlərinə görə, sahibkarlar problemlərini “rüşvətlə həll etməyə meylli olduğundan” onlardan təşkilata daha az şikayət daxil olur, amma “biz bilirik ki, bu sahədə ciddi problemlər var”.
Azərbaycanda korrupsiyanı yaradan şəraiti aradan qaldırılması üçün təşkilat, mübarizənin “kampaniya deyil, davamlı şəkildə” aparılmasını tövsiyyə edir.
“…haqqlarında cinayət işi açılan məmurların əksəriyyəti kiçik və orta çinli məmurlardır ki, bu da mübarizənin effektiv nəticələr verməsinə mane olur, prosesin ümumi inkişafına kölgə salır”.
Təşkilata görə, hökümət qanunların işləkliyini, eləcə də, korrupsiya barədə şikayət edənlərin təhlükəsizliyini təmin etməlidir. Eyni zamanda, büdcə vəsaitlərinin xərclənməsi və dövlət satınalmalarının şəffaf şəraitdə keçirilməlidir.
Azərbaycanla bağlı bu indeks hazırlanarkən Bertelsmann Foundation Transformation Index 2012, Economist Intelligence Unit Country Risk Ratings, Freedom House Nations in Transit 2012, Global Insight Country Risk Rating, Political Risk Services International Country Risk Guide və World Economic Forum Executive Opinion Survey (EOS) 2012 hesabatlarından istifadə edilib.
Ümumilikdə, 176 ölkənin təhlil edildiyi cədvəldə Azərbaycan, Rusiyadan sonrakı yeri tutaraq, Keniya, Pakistan, Nepal və Nigeriya ilə eyni balı bölüşür. İlk üç yeri 90 balla Danimarka, Finlandiya və Yeni Zelandiya tutur.
Tİ hər il üç hesabat hazırlayır, dövlət sektoru ilə bağlı KQİ, əhali arasında sorğu nəticələrinə əsaslanan Korrupsiya Barometri və biznes strukturlarının vəziyyətinə aid hesabat.
Təşkilat KQİ-ni 1995-ci ildən bəri hazırlayır. Bu il hesabat hazırlanma prosesində yenilik edilib, ölkələrin qiymətləndirilməsində on ballıq sistemdən yüz ballığa keçib.

BBC

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO