Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Azərbaycanda əhalinin 50-60%-i problemlərinin həllinə görə rüşvət verir

Azərbaycanda əhalinin 50-60%-i problemlərinin həllinə görə rüşvət verirDay.az-ın Korrupsiyaya qarşı Mübarizə Fondunun İcraçı Direktoru Vasif Mövsümovla Azərbaycanda korrupsiyaya qarşı mübarizənin vəziyyəti və bu ilki fəaliyyətinin nəticələri barədə müsahibəsi.

– Vasif müəllim, siz vaxtaşırı olaraq tədqiqatlar aparırsınız. Azərbaycanda korrupsiyanın vəziyyətini ümumilikdə necə qiymətləndirmək olar?
– Tədqiqatların göstərdiyi kimi, Azərbaycanda əhalinin 50-60%-i problemlərini həll etmək üçün rüşvət verir. Beləliklə, təəssüflər olsun ki, son iki il ərzində ölkədə korrupsiyanın səviyyəsi aşağı düşməyib. Ümumiyyətlə, ölkə əhalisinin əksəriyyəti problemlərinin həllinə, məmur süründürməçiliyi və bürokratiyaya görə rüşvət verirlər. Burada həm vətəndaşın, həm də məmurun günahı var. Birinci, rüşvət vasitəsilə problemini həll edir, ikinci isə onu məcbur edir və pul qazanır. Hər iki tərəf qazanır. Uduzan tərəf isə bünövrəsi dağıdılan dövlət olur. Digər tərəfdən isə, beynəlxalq təcrübədə vaxtaşırı olaraq korrupsiya probleminə əhalinin münasibət bildirməsi və onun səviyyəsini qiymətləndirilməsi üçün sosioloji sorğular aparılır. Bu sorğuların nəticələri əsasında isə konkret ölçülər götürülür. Azərbaycanda belə sosioloji sorğular aparılmır, lakin onların aparılmasına zərurət var. Bu planda ölkədə ictimai rəy çox vacibdir. Hər bir halda vətəndaşın fikrini öyrənmək əhəmiyyətlidir.

– Ən çox hansı sahədə əhali korrupsiyanın səviyyəsinin artmasından şikayət edir?
– Son zamanlar, əhalinin əksəriyyəti torpaq məsələləri, əsasən də bələdiyyələrin rüşvətxorluğundan şikayət edir. Çox zaman biz bir vətəndaşa məxsus torpaq sahəsinin əlindən alınıb digərinə verilməsi halları ilə rastlaşırıq. Nəzərə almaq vacibdir ki, ölkənin regionlarında torpaq əhalinin dolanışığı üçün çox əhəmiyyətli mənbədir. Doğrudur, elə hallar olur ki, torpağın sənədləri düzgün tərtib edilməyib. Lakin əsassız məmur süründürməçiliyi halları da mövcuddur.

– Artıq cari ilin sonudur. Siz ümumiyyətlə Azərbaycanda dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizəni necə qiymətləndirərdiniz?
– Azərbaycanda dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə hələ 2004-cü ildən başlayıb. Bununla bağlı olaraq, ölkədə bir sıra hüquqi normativ sənədlər qəbul olunub və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011) həyata keçirilir. Azərbaycanın korrupsiyaya qarşı mübarizədə uğur qazanması üçün illər tələb olunan elektron hökumət proqramı həyata keçirilir. Lakin bu o demək deyil ki, Azərbaycanda bir neçə il ərzində korrupsiyanın səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq olar. Çünki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin səmərəliliyi üçün görülmüş işlər azdır. Buna görə ictimaiyyətdə, dövlət idarə sistemlərində, iqtisadiyyat və vətəndaş cəmiyyətində kompleks işlər görmək vacibdir. Bir neçə məmuru işdən qovmaq və ya bir neçə tədbir keçirməklə Azərbaycanda korrupsiyanın səviyyəsini azalda biləcəyimizi düşünmək özümüzü aldatmaq olardı. Bu tədbirləri davam etdirmək lazımdır.

Əziz Musayev. Day.az