Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Azərbaycanda korrupsiyanın vəziyyəti

    Bu gün “Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” korrupsiyaya qarşı mübarizə ictimai birliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanmış “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) 2014-cü il üzrə icra vəziyyətinin monitorinqinə dair hesabatı təqdim edib. Bununla bağlı keçirilən tədbirdə çıxış edən təşkilatın icraçı direktoru Rəna Səfərəliyeva deyib ki, layihənin icrasında məqsəd korrupsiya ilə mübarizə sahəsində aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının rolunu gücləndirmək, Azərbaycan hökumətinin korrupsiya ilə mübarizə strategiyası və Açıq hökumət Tərəfdaşlığı üzrə öhdəliklərinin icrası yardım göstərməkdir.

Qeyd edib ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə öhdəliklər 9 istiqamətə bölünüb və layihə çərçivəsində “Şəffaflıq Azərbaycan” təşkilatının ekspertləri ikinci monitorinq dövründə onlardan 5-i təhlil edilib.

Hesabatın nəticələrini açıqlayan İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov deyib ki, Milli Fəaliyyət Planın icrası sahəsində mərkəzi icra orqanları tərəfindən görülən işlər qənaətbəxşdir: “Planda nəzərdə tutulan məsələlər üzrə konkret addımlar atılıb. Bunu MFP-nin istiqamətləri üzrə aparılan birinci və ikinci monitorinqin nəticələri də təsdiq edir. Monitorinq olunan 5 istiqamətin 3-ü üzrə nəticələr xeyli yaxşılaşıb., iki istiqamət üzrə orta bal 2 dəfə artıb. “Elektron xidmətlərin təkmilləşdirilməsi istiqaməti üzrə qiymətləndirilən 6 fəaliyyətdən 4-ü maksimum bal alıb. Lakin ümumi nəticələri mənfiyə doğru dəyişdirən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətsizliyi olub”.

Q. Bayramov qeyd edib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında ictimai şuraların yaradılması ilə bağlı MFP-də qoyulan müddət 2013-cü ildə başa çatsa da, şuraların yaradılması prosesi hələ də ləngiyir.

Tədbir müzakirələrlə yekunlaşıb. 

 

SİA

Elvin Abdulqədirov