Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« Oct    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Baş nazir Braun xəzinəyə 12 min funt qaytaracaq

Baş nazir Braun xəzinəyə 12 min funt qaytaracaq Böyük Britaniyanın baş naziri Qordon Braun keçmişdə müvazinət kimi müxtəlif xidmət xərcləri üçün aldığı 12 min funt sterlinqdən çox pulu(19 min dollar) xəzinəyə qaytaracaq. Pullar qaytarılmalıdır. Belə ki, müstəqil auditor belə müvazinətləri əsassız hesab edir.
2004-cü ildən bəri Braun xidmət otağının yığışdırılması, paltar yuma və bağın saxlanılması xərcləri üçün pul almışdır. Buna o dövrdə fəaliyyət göstərən Britaniya parlamentinin qanunları icazə verirdi. Lakin müstəqil auditor, ser Tomas Leq hesab edir ki, deputatların bəzi xərclərini məhdudlaşdırmaq lazımdır, məsələn bağbanın xidmətlərinə ildə 1000 funtdan artıq ödəmək lazım deyil.
Parlamentarilərin xərclərinin müvazinət qaydasını təkrar gözdən keçirmək deputatların çoxunun sistemdən sui-istifadə etdikləri aşkara çıxdıqda qərara alınıb.
Yay tətilindən sonra təkcə leyboristlər partiyasının deyil, həm də müxalifət konservator və liberal demokratlar partiyasından olan yüzlərlə deputat nəqliyyat, mənzil və məişət xərclərini ödəmək üçün aldıqları pulun bir hissəsini qaytarmaq təklifi barədə məktublar alıblar.
Parlamentin xərclərinə cəmiyyətin münasibəti bu barədə elan verildikdən sonra dəyişib. Məlum olub ki, dövlət xəzinəsindən vəsaitlər onların şəxsi bahalı mebelləri, tennis kortlarının təmiri və mülklərinin ətrafındakı bağlarının təmizlənməsi üçün ödənilib.

BBC