Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

February 2018
M T W T F S S
« Oct    
 1234
567891011
12131415161718
19202122232425
262728  

Bakıda təmirə bağlanmış xəstəxanada maliyyə pozuntuları aşkarlanıb

Bakıda təmirə bağlanmış xəstəxanada maliyyə pozuntuları aşkarlanıb Azərbaycan paytaxtında səhiyyə müəssisəsində maliyyə pozuntuları aşkarlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəstəxana cari ilin yanvar ayından əsaslı təmirə bağlanmasına baxmayaraq, faktiki olaraq fəaliyyət göstərməyən stasionar şöbələrin 6 işçisinə qanunsuz olaraq 1873 manat məbləğində büdcə vəsaiti ödənilib.
Bundan başqa, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Müalicə-profilaktika müəssisələrində bir xəstə üçün orta sutkalıq ərzaq normaları”nda müxtəlif adda qida məhsullarının verilməsi nəzərdə tutulmadığı halda həmin normaların tələblərinə əməl edilməyərək 6 min 632 manat dəyərində normadan artıq ərzaq məhsulları məxaric edilib.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Apa

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO