Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları regional seminarda iştirak etmişlər

    Batumi şəhərində Gürcüstan hökumətinin dəstəyi ilə, ATƏT katibliyi, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsi tərəfindən təşkil edilmiş “Korrupsiyanın qarşısının alınması” mövzusunda regional seminar keçirilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının da qatıldığı tədbirdə Cənubi Qafqaz və Şərqi Avropa ölkələrinin nümayəndələri ilə yanaşı nüfuzlu beynəlxalq təşkilatların ekspertləri tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində tətbiq edilən müasir inzibati və preventiv tədbirlər, anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, institusional yeniliklər və digər məsələlər ətrafında çıxışlar edilmişdir. Seminarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Samir Mahmudov təqdimatla çıxış edərək korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, hüquqi şəxslərin cinayət məsuliyyəti, istintaq sövdələşməsi və qanunsuz varlanma üzrə milli qanunvericilikdə edilən dəyişiklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu