Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Baş Prokurorluğun nümayəndə heyəti Xorvatiya prokurorluğunda olmuşlar

  Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti  Xorvatiya Respublikası Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə Departamentinin

(USKOK) dəvəti ilə aprelin 8-dən 10-dək Xorvatiyada səfərdə olmuşdur.

Tədbirlərdə Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyini, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyini, həmçinin korrupsiyaya qarşı qətiyyətli və səmərəli mübarizədə ölkəmizin öz müsbət təcrübəsini bölüşməyə hazır olduğunu bildirmişdir.Səfər cərçivəsində Xorvatiya Respublikasının Baş prokuroru Dinco Svitan, USKOK-un rəisi Tamara Laptos,  eləcə də Ədliyyə Nazirliyinin,  Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Milli Polis Mərkəzinin məsul əməkdaşları ilə görüşlər keçirilmişdir.

Azərbaycan nümayəndə heyəti “USKOK-un strukturu və iş metodları barədə”, “Şikayətçilərin qorunması və yeni antikorrupsiya strategiyası” və “Xüsusi dəlillərin toplanmasında polisin fəaliyyəti” mövzusunda keçirilmiş konfranslarda fəal iştirak etmiş, mövzular ətrafında səmərəli fikir mübadiləsi aparmışlar.

 

Baş Prokurorluğun Mətbuat Xidməti