Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru.

  Binəqədi rayonunun ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır.Həlak olanların ailələrinə, onların yaxınlarına, qohumlarına bir daha başsağlığı verirəm. 

   Hadisə ilə bağlı mənim Sərəncamımla Dövlət Komissiyası yaradılmışdır. 
Komissiya bütün m
əsələləri araşdırıb rəy verməlidir. İlk növbədə, yanğının nəticələri araşdırılmalıdır. Hüquq mühafizə orqanlarına göstəriş verilmişdir. Onlar bu işlərlə məşğuldurlar. Dünən cinayət işi açılmışdır. Cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdırlar.Binanın təmiri ilə məşğul olan şirkətin rəhbərləri saxlanılıb və məsələ ciddi araşdırılmalıdır.
   Bu, birinci hadis
ə deyil. Bundan bir qədəəvvəl Xətai rayonunda da oxşar hadisə baş vermişdir. Xoşbəxtlikdən orada heç kim həlak olmamışdır. 
Y
əni, bu, onu göstərir ki, hər iki hadisədə binanın təmiri ilə məşğul olan şirkətlər böyük məsuliyyətsizlik göstərmişlər. İndi əlbəttə ki, hüquq mühafizə orqanları bu məsələni araşdıracaq. Hələ ki, bir şey demək istəmirəm. Amma ilkin versiya ondan ibarətdir ki, təmirdəistifadə olunan üzlük materialları keyfiyyətsiz idi və odadavamlı materiallar deyildi. Mən Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələqaldırdım ki, ilk növbədə, təmir keyfiyyətlə aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır.
   Müvafiq dövl
ət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir vəodadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib, və ya haradan idxal olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni, bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır.
    Dün
ən artıq müvafiq göstərişlər verilib. Mənə verilən məlumatlar hələ ki, məni qane etmir. Çünki görürəm ki, burada bəzi qurumlar bu məsuliyyəti bir-birinin üstünə atmaq istəyirlər. Ona görə hüquq mühafizə orqanları, ilk növbədə, prokurorluq məsələni ciddi araşdırmalıdır və konkret nəticə hasil edilməlidir ki, günahkarlar kimlərdir. Günahsız vətəndaşların ölümündə təqsiri olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq. Cəza da çox ciddi olacaq. Çünki günahsız insanlar həlak olub. Onların heç bir günahı yox idi.
    Ancaq qeyd etm
əliyəm ki, bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsa idi, bu hadisə baş verməzdi. Bir daha demək istəyirəm ki, indi mənə müxtəlif məlumatlar gəlir və bəzi hallarda bu məlumatlar ziddiyyət təşkil edir. Ona görə burada aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkarlar kimlərdir və bu hadisəyə görə kimlər məsuliyyət daşıyacaq.Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Bir daha qeyd etməliyəm ki, heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcəkdir.

Bilirsiniz, indi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir.
Ona gör
ə, ilk növbədə, bir daha demək istəyirəm, bir həftə, maksimum iki həftə ərzində bütün binaların fasad üzlükləri sökülməlidir, Oyunlardan sonra təmir olunar. Əsas məsələ budur. Yəni, biz burada heç bir başqa amili nəzərə almamalıyıq.
    Bir daha dem
ək istəyirəm ki, istintaq təzə başlayır. İstintaqın nəticələri, əlbəttə, həm mənə, həm də ki, Azərbaycan ictimaiyyətinətəqdim ediləcək. Bütün günahkar şəxslər məsuliyyətə cəlb ediləcək və onları çox ciddi cəza gözləyir. Belə hadisələrin gələcəkdətəkrarlanmaması üçün tələb edirəm ki, mənə konkret təkliflər paketi təqdim edilsin. Çünki görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur. Bu tənzimləmə məsələləri qanunvericilikdə, qaydalarda təsbit edilir, ancaq həyatda buna riayəolunmur. Binalar təmir edilir, müqavilə bağlanmır. Bu, ümumiyyətlə qəbuledilməzdir. Yaxud da sertifikat verilir ki, bir maddəyə orada hansısa qatqılar əlavə edilsin, odadavamlılıq artsın, ya da yüksək səviyyədə olsun. Amma ondan sonra, yəni, tikinti, istehsalat zamanı o qatqı əlavə edilmir və beləliklə, keyfiyyət itirilir. Ona görə, istifadə edilən bütün tikinti materiallarına hər bir mərhələdə ciddi nəzarət olunmalıdır. Bir dənə də olsun bina olmamalıdır ki, orada müqaviləsiz hansısa iş görülür, yaxud da bunun ekspertizası yoxdur. Əgər ekspertiza varsa və ekspertiza həqiqətəuyğun deyilsə, o zaman o ekspertiza rəyini verən insanlar da məsuliyyətə cəlb edilməlidir. Ona görə, burada hüquq mühafizə orqanlarının çox geniş fəaliyyəti nəzərdə tutulur ki, biz bu məsələyə, bu hərc-mərcliyə birdəfəlik son qoyaq. Çünki bu, bizə yaraşmaz.
    Az
ərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq-quruculuq, təmir-bərpa işləri görülür. Bütün işləən yüksək keyfiyyətləgörülməlidir. Mənim birinci tələbim bundan ibarətdir- təhlükəsizlik və keyfiyyət. Ancaq həyatda biz onu görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən gördüm ki, vaxtılə ulu öndər HeydəƏliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini yenə də zəbt edirlər. Mən təxmin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO