Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

“Böyük rüşvət” əməliyyatındakı azərbaycanlı iş adamları

“Böyük rüşvət” əməliyyatındakı azərbaycanlı iş adamları Türkiyədə İstanbul Baş Prokurorluğunun “Böyük rüşvət” adı ilə başlatdığı əməliyyatda həbs olunan iş adamı Rza Zərrab İstanbulda qurduğu şirkətlər vasitəsi ilə 2009-2012-ci illərdə İrandan gətirilən 87 milyard avro transferinə vasitəçilik edib.
Digər bir iddiada isə onun rüşvət qarşılığında əcnəbilərə türk vətəndaşlığı verməsi göstərilir. İstanbul Əmniyyət Müdirliyinin keçirdiyi əməliyyatda saxlanılan Rza Zərrab qızıl qaçaqçılığı, saxta sənəd hazırlamaqla çirkli pulların dövriyyəsində ittiham olunur. 2009-2012 illərdə şübhəli pul transferinin 87 milyard avro olduğu təsdiqlənib. Türkiyədə qurulan 3 saxta şirkətdə araşdırma aparan Maliyyə müfəttişləri İrandan küllü miqdarda pul transferi aparıldığını ortaya çıxarıblar.
Adəm G. və Vidadi B. adlı şəxslər tərəfindən qurulan şirkətlərin bank hesabları araşdırılıb. Bu şirkətlərin Rza Zərrab tərəfindən qurulduğu və idarə olunduğu iddia edilir. Əməliyyat hələ 2011-ci ilin 14 dekabrında, İstanbuldan Rusiyanın “Vnukova” hava limanına gedən üçü azərbaycanlı, biri iranlı olan 4 nəfərin çantalarında 14,5 milyon dollar və 4 milyon avro aşkar edilməsindən sonra başlayıb. Rusiyanın Federal Gömrük Xidməti olayın araşdırılmasını istəyib. O zaman Tahtakaledə bir valyutadəyişmə bürosunun sahibi ilə onun işçilərindən ibarət 14 nəfər saxlanılıb. Saxlanılan şəxslərin 37 səfərdə 40 milyon dollar və 10 milyon avronu çantalarla Rusiyaya daşıdığı məlum olub. Pulların azərbaycanlı iş adamları Nizami A., Surxay H., və Vidadi B., yə aid olduğu iddia edilir. Pulların Dubaydan Türkiyəyə gətirildiyi, daha sonra Rusiyaya götürüldüyü təsdiqlənib. 14 nəfər sərbəst buraxılsa da xaricdəki 3 azərbaycnlı iş adamı haqqında saxlanma qərarı çıxarılıb. Adəm G. və Vidadi B.,-yə aid olan “Cihan Qiymətli Mədənlər”, “Dəniz Qiymətli Mədənlər” və “Kapital Qiymətli Mədənlər” adlı şirklətlərin hesabları incələnib. Üç şirkətin hər birinə gündə ortalama 5 milyon avro pul transferi edildiyi ortaya çıxıb. Pulların qarşılıqsız olaraq gəlməsi və vergi dairəsində şirkətlərə aid heç bir vergi borcunun olmaması müfəttişləri təəccübləndirib. Adəm G. İfadəsində pul transferi təlimatlarının İrandan gəldiyini deyib.

“Qafqazinfo”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO