Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Deputat “həbslər davam edəcək” deyir

    “Həbs olunanlar o pullara özləri üçün bağ, ev, obyekt alıb…” Deputat Çingiz Qənizadə qafqazinfo.az-a açıqlamasında son günlər ölkədə baş verən həbslərə münasibət bildirərkən belə deyib. Bildirib ki, bir neçə iş adamının, eyni zamanda Dövlət Bayraq Meydanının sabiq rəisinin həbs olunması və banklarda baş verən problemlər onları ciddi düşündürür: “Bu, gözlənilən idi, çünki müəyyən insanlar dövlətdən və banklardan külli miqdarda kredit adı ilə pullar götürərək onları təyinatı üzrə xərcləməyiblər. Onlar hətta kreditlərin vaxtında geri qaytarılması üçün görülən tədbirlərə reaksiya verməyiblər və beləliklə, həm banklarda pul qıtlığı yaranıb, həm də problemli kreditlərin həcmi artıb. Təəssüf hissi ilə qeyd edirəm ki, onların arasında cəmiyyətdə tanınan, böyük layihələrin sahibi olduğunu qeyd edən, bəzən də öz hərəkətləri ilə başqalarında ikrah hissi oyadanlar da var. İndi məlum olur ki, əldə etdikləri vəsaitlərin böyük əksəriyyəti kredit adı altında alınıb və təyinatı üzrə xərclənməyib. Bəziləri bu pullara özləri üçün bağlar, evlər, müəyyən obyektlər almaqla məşğul olub və qanunun tələblərini açıq şəkildə pozublar”. 

Deputat qeyd edib ki, proses davam edəcək və bu, 2011-ci ildə prezidentin irəli sürdüyü korrupsiyaya qarşı mübarizə proqramının tərkib hissəsidir: “Bu talançılığa son qoyulmalı idi və prezident də yaxın zamanlarda belə bir fikir ifadə etmişdi. Manatın devalvasiyası zamanı və ondan əvvəlki proseslər göstərirdi ki, bir qrup insanlar, – onların arasında məmurlar da var, – belə çətin məqamda yenə də varlanmağa cəhd ediblər. Artıq biz burada aşağı təbəqə yox, orta təbəqə, iş adamları, sahibkarlar, bank rəhbərləri və dövlətdə müəyyən vəzifə tutan insanlardan söhbət getdiyini görürük. Məncə, bu həbs dalğası hələ bir müddət davam edəcək”. Ç.Qənizadə əlavə edib ki, kimliyindən asılı olmayaraq qanunu pozan, talançılıqla məşğul olan, ayrı-ayrı insanların mülklərini hədə-qorxu ilə alıb özləri üçün müəyyən obyektlər tikən insanlar qanun qarşısında cavab verməlidir: “Bu pulları geriyə qaytara bilsək, ölkədəki pul qıtlığının müəyyən hissəsinin də aradan qaldırılmasına nail ola bilərik”.

 

 

Qafqazinfo.az