Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Dövlət qurumlarında 17,1 milyon manatlıq yeyinti aşkarlanıb

  Hesablama Palatası ilginc korrupsiya hesabatı açıqladı: Dövlət qurumlarında 17,1 milyon manatlıq yeyinti aşkarlanıb 

Hesablama Palatası sensasion hesabat açıqlayıb. Qurumun dövlət orqanlarında apardığı yoxlamaların nəticələri elan edilib və bəlli olub ki, Azərbaycanda dövlət qurumunun vəzifəli şəxsləri tərəfindən dövlətə külli miqdarda ziyan vurulub. Hesabatda qeyd edilir ki, aşkarlanan pozuntular əsasında tərtib olunan materiallar araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq orqana göndərilib.


“Trend”in məlumatına görə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına dair, “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlasdırılması və istifadəsinə dair, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011-2013-cü illər və 2014-cü ilin I yarımilliyi üzrə Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılmış nəzarət tədbirlərinin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, “Aqrolizinq” ASC-nin, ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması halları müəyyən olunub.
Kürdəmir RİH-ə ayrılan vəsaitlərin istifadəsinə dair keçirilən audit nəticəsində vəsaitlərin istifadəsi zamanı dövlət vəsaitlərinin səmərəsiz istifadəsi ilə nəticələnən bir sıra ciddi nöqsanlara yol verildiyi məlum olub. “Report”un xəbərinə görə, hesabata əsasən, 2 halda satınalmalar üzrə mövcud qanunvericiliyin tələblərinə əməl edilməyərək satınalma prosedurları keçirilmədən layihə-smeta sənədlərinin hazırlanmasına vəsait xərclənib, tikinti-quraşdırma işlərinin birbaşa müqavilələrlə yerinə yetirilməsinə müvafiq icazənin olmadığı və vəsait ayrılmadığı halda 6 obyekt üzrə satınalma müqavilələri bağlanılıb, podratçıların ixtisas göstəriciləri araşdırılmayıb.
RİH-dən Hesablama Palatasına mövcud normativ aktların tələbləri pozularaq avans təminatı və avansın istifadə olunmasını əsaslandıran sənədlərin surəti təqdim edilmədən 6 obyekt üzrə podratçı təşkilata avans ödənilib. Ümumilikdə altı obyekt üzrə 13042,1 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, on obyekt üzrə yerinə yetirilməyən 31034 manat məbləğində tikinti işlərinin yerinə yetirilməsi, malların (işlərin, xidmətlərin) satınalınması zamanı bu sahəni tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam əməl olunması bildirilib.
Hesabatda o da qeyd olunub ki, işində nöqsanlara yol verən 3 nəfər, o cümlədən RİH başçısının müavini, bir şöbə müdiri və bir böyük məsləhətçi tutduğu vəzifədən azad olunub.
Eyni zamanda məlumatda qeyd olunur ki, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları, ünvanlı dövlət sosial yardımlarının, sosial müavinətlərin və təqaüdlərin təyin olunması və ödənilməsində ciddi hüquq pozuntularına yol verilməklə külli miqdarda ödənişlərin həyata keçirilməsi, rəsmi sənədlərlə yalan məlumatların daxil edilməsi və bir sıra digər ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə ümumilikdə 17,1 milyon manat zərər vurulması ehtimalı nəzərə alınaraq yuxarıda qeyd olunan təşkilatlar üzrə yoxlama materialları Baş Prokurorluğa göndərilib. 
Azərbaycan Dövlət Neft Akademiyasında büdcədən ayrılan vəsaitlər və büdcədənkənar daxilolmalarla bağlı ciddi nöqsanlar aşkarlanıb, iki prorektor, bir neçə dekan və şöbə müdiri ilə yanaşı, 13 nəfər barəsində tədbir görülüb.  APA xəbər verir ki, hesabata əsasən, yoxlama zamanı aşkarlanıb ki, ödənişli əsaslarla təhsil alan əcnəbi tələbələrdən təhsil haqqı nağd qaydada yığılaraq banka təhvil verilib, tədris ilinin əvvəlində akademik məzuniyyətə gedən və təhsil haqqının müəyyən hissəsini ödəyən magistrlər üzrə debitor borc hesablanmayıb.  Müqavilə şərtlərinə əməl edilməyərək, tələbə sırasından xaric edilmiş birinci kurs tələbələrindən təhsil aldığı müddət üçün təhsil haqqının alınması təmin edilməyib.
Kafedralar üzrə artıq laborant ştatı saxlanılıb, doktorantların və dissertantların sayının normadan az olmasına baxmayaraq, doktorantura şöbəsi, artıq kafedralar yaradılıb, tələbə şəhərciyindəki yataqxanalarda qaçqın və məcburi köçkünlər məskunlaşsa da işçilər saxlanılıb və ehtiyac olmadığı halda əcnəbi tələbələrlə iş üzrə dekanlıq yaradılıb, tədris korpusları üzrə artıq ştat vahidləri saxlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə əməl edilməyərək artıq qruplar yaradılaraq müəllimlərə əmək haqqı, habelə akademik borcu olan tələbələrə təqaüd ödənilib. 
Büdcədənkənar vəsaitlər üzrə ştatdankənar işçilərin əmək haqqı və əməyin ödənişi ilə bağlı kreditor borc hesablamalarda ilin sonuna az göstərilib, nəqliyyat vasitələri istisna olunmaqla, digər əsas vəsaitlər və uzunmüddətli inventar və avadanlıqların inventarizasiyası müvafiq qaydada həyata keçirilməyib.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkarlanan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün Təhsil Nazirliyinə və Dövlət Neft Akademiyasına göndərilib. 
Nəzarət tədbirlərinin nəticələri üzrə Milli Məclisə məlumat verilib.
Neft Akademiyası tərəfindən 32304,9 manat vəsaitin dövlət büdcəsinə bərpası, 16937,8 manat dəyərində maddi dəyərlərin artıqlığının uçota bərpası, 4333,0 manat dəyərində əlavə təmir işlərinin görülməsi, 5194,6 manat dəyərində əsas vəsaitlərin və 957,0 manat debitor və 18794,0 manat məbləğində kreditor borcun uçota alınması, əsassız artırılmış anbar qalığının 34578,0 manat məbləğində azaldılması, artıq və lüzumsuz ştatlar üzrə 211,5 ştat vahidinin ixtisarı, Nəsimi Rayon Mühafizə İdarəsi ilə müqavilə şərtlərinin dəyişdirilməsi, Mülki Mühafizə Xidməti ilə müqavilənin ləğv edilməsi təmin edilib.
Eyni zamanda nöqsanlara yol vermiş 13 nəfər barəsində müvafiq intizam tənbehi tədbirlərinin görüldüyü, o cümlədən 1 dekanın vəzifəsindən azad edildiyi, baş mühasibə və 1 dekana, anbar müdirinə və 2 aparıcı mühasibə şiddətli töhmət, tədris işləri və inzibati – təsərrüfat işləri üzrə prorektorlara, 3 dekana və şöbə rəisinə töhmət elan edildiyi bildirilib. Hesabat aprelin 14 – də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Hazırladı: T.ƏHMƏDLİ
Yeni Müsavat

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO