Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Dövlət dumasının deputatlarına korrupsiyaya qarşı mübarizə haqqında danışıblar

Dövlət dumasının deputatlarına korrupsiyaya qarşı mübarizə haqqında danışıblar Dövlət dumasında korrupsiyaya qarşı mübarizəyə həsr edilmiş “hökumət saatı” çərçivəsində DİN-in, Baş Prokurorluğun və RF Prokurorluğunun nəzdindəki İstintaq komitəsi çıxış ediblər. DİN-in başçısı Rəşid Nurqaliyev, Rusiyanın baş prokuroru Yuriy Çayka və onun birinci müavini, Prokurorluğun nəzdindəki İstintaq komitəsinin sədri Aleksandr Bastrıkin deputatlara ötən ilin 31 iyulunda RF prezidentinin təsdiq etdiyi milli korrupsiyaya qarşı müqavimət planını həyata keçirilməsinə görə ölkə hakimiyyətinin və prokurorluq orqanlarının qəbul etdiyi ölçülər barədə danışmağa dəvət olunublar.
Dövlət Dumasının sədri Qrızlov etiraf edib ki, hüquq-mühafizə orqanları sözsüz ki, özləri tək ölkədəki korrupsiyaya qalib gələ bilməzlər. Hüquq-mühafizə sisteminin özündə korrupsiya var.
Onun sözlərinə görə məmurların nə qədər çox səlahiyyətləri varsa, korrupsiya ilə məşğul olmağa bir o qədər də imkanları bir o qədər çoxdur. Müzakirə çərçivəsində həmçinin vətəndaşların məmurlarla bilavasitə əlaqələrini azaltmaq üçün elektron sənəd dövriyyəsinə keçid kimi iş formasını inkişaf etdirmək məsələsi də müzakirə olundu. Korrupsiya cinayətləri arasında oğurluq (79.8%), rüşvətxorluq (15.5%), ticarət aldatması (3.8%) başçılıq edir.

İnterfaks