Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« Oct    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Elin gözü tərəzidir. Salyan camaatının ictimai rəyi ərizələrdə öz əksini tapır.

Elin gözü tərəzidir. Salyan camaatının ictimai rəyi ərizələrdə öz əksini tapır. Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovdan daxil olmuş məlumata görə, son vaxtlar bəzi KİV-lər 1-2 ay əvəl az qala dövləti cinayətlərdə ittiham etdikləri Salyan RİH-nin başçısı Tahir Kərimovun müdafiəsinə girişiblər. Bu müdafiənin nəyin müqabilində kim tərəfindən təşkil olunduğu barədə hələlik danışmırıq.Ünvanımıza gələn təhdidlər isə bitmir. Mən mətbuata verdiyim açıqlamalarımı bir daha təsdiq edirəm. Tahir Kərimovun metlax sexi üçün özünə dublikat tapması ilə bağlı bildirirəm ki söhbət başçı tərəfindən keçmiş traktor təmiri parkının (RTS) özəlləşdirilərək orada açılmış küçələrə düzmək üçün keyfiyyətsiz metlax istehsal edən sexdən gedir. Bunların sevinə-sevinə tapdıqları lay buraxan Tahir Kərimovun sexi isə tamam ayrı yerdədir və rayonda dövlət tərəfindən aparılan abadlıq işlərində onun məhsulundan 1 kv.m belə işlənməyib. Salyan şəhərində Ə.Qasımzadə və Ə.Kürçaylı küçələrinin kəsişməsində yerləşən bir vaxtlar MTN-nin yerli şöbəsinin xidməti evi kimi istifadə olunan bina Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatına qərargah tikilməsi adı altında Dövlət Əmlak Komitəsindən özəlləşdirilərək sökülüb, həyət başçının özü ilə Daşkəsəndən Salyan Telekoma müdir gətirdiyi bacısı oğlu Faiq Nəcəfovun adına özəlləşdirilib. Hazırda abadlığa ayrılmış vəsait hesabına burada villa tikilir. Qarşı tərəf isə and aman edib bildirir ki, adı çəkilən qurumun ”inzibati binası nın özəlləşdirilməsi barədə məlumatlar iftiradır”. Bəli, özəlləşdirilən inzibati bina yox xidməti yaşayış evi və həyətidir. Beləcə, qanunsuz özəlləşdirilən xidməti yaşayış evi və həyət olduğu halda bunlar mətləbdən yayınmaq üçün qəsdən inzibati bina barədə açıqlamalar verməklə yaşayış yeri əvəzinə inzibati binanı ortaya atıblar. Başçının müdafiəsinə qalxanlar nədənsə onun T.Xəlilbəyli küçəsini qanunsuz zəbt edərək həyətinə qatıb piyadaların və avtomobillərin hərəkətini dayandırması faktının üstündən vaz keçib bir şey uydura bilməyiblər. Tahir Kərimovun evinin elektrik enerjisini də yeni tikilən RİH-nin binasından götürməsi fikri isə təkzib olunaraq “fakt” kimi qonşuluqda yaşayan B.Xanmirzəyevanın divardakı sayğacı mətbuatda başçınınkı kimi təqdim olunub. Drenaj şəbəkəsinin tikintisinin nəticəsi olaraq müharibə görmüş şəhərin yollarına bənzəyən Ağa Mirbağırağa və Ə.Zeynalov küçələri isə aramsız yağıntılardan sonra nəinki piyadalar, həm də minik avtomobilləri üçün keçilməz vəziyyətə düşdüyündən yerli sakinlərin əzab-əziyyəti daha da artıb. Bir də ki, qarşı tərəfin və mənim nə deməyimizdən asılı olmayaraq elin gözü tərəzidir və bütün baş verənlər rayon ictimaiyyətinin gözləri qarşısında baş verir…
Bu deyilənlərin heç də təsadüf olmadığını Salyanda sahibkarların fəaliyyətinə olan qeyri-qanuni müdaxilələri əks etdirən Azərbaycan Respublikasının prezidentinə ünvanlanmış sahibkar ərizələri təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Salyan şəhəri, Heydər Əliyev küçəsi ev 27- də yaşayan Abdullayev İlqar Ağahəsən oğlu( mob: (050)336-78-15) tərəfindən

ƏRİZƏ

Hörmətli cənab prezident! Mənim 46 yaşım var. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin min-bir əziyyətlə Azərbaycanda bərqərar etdiyi sabitlik və münbit şərait nəticəsində sahibkara çevrilmişəm. Tikinti materiallarının satışı ilə məşğul oluram. Sevindirici haldır ki, artıq Salyan şəhərində Bayraq Meydanı inşa olunuraq tikintisi başa çatdırılıb və bu ilin sentyabr ayının 4-də cənab Prezidentin iştirakı ilə açılışı da olub. Həmin obyekti inşa etmiş “Tikinti-Təchizat-Dizayn” MMC şirkəti mənim mağazamdan 8 ay əvvəl tikinti materialları götürmüşdü. Lakin mən ayrı -ayrı şəxslərə məxsus anbarlardan nisyə götürdüyüm materialların pulunun 9 min 600(doqquz min altı yüz) AZN – ni dəfələrlə müraciət etməyimə baxmayaraq “Tikinti-Təchizat-Dizayn” MMC şirkətindən bu günədək ala bilmirəm. Bu isə mənim sahibkar kimi fəaliyyət göstərməyimə maneçilik törədir. Problemlə bağlı kömək üçün dəfələrlə müvafiq qurumlara müraciət etməyimə baxmayaraq şirkət halal pulumu ödəməkdən imtina edir. Odur ki, Sizdən bir sahibkar kimi xahiş edirəm problemin həllinə köməklik edəsiniz.

Hörmətlə: İlqar Abdullayev
16.12.2013-cü il

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Salyan rayonu, Arbatan kəndində yaşayan Kərimov Mehman Vaqif oğlu (mob: 050-362-59-37) tərəfindən

ƏRİZƏ

Hörmətli cənab Prezident! Mənim 24 yaşım var. Tikinti materiallarının satışı ilə məşğul oluram. Dükan sahibiyəm. Sevindirici haldır ki, artıq Salyan şəhərində də Bayraq Meydanı inşa olunuraq tikintisi başa çatdırılıb və bu ilin sentyabr ayının 4-də Sizin iştirakınızla açılışı da olub.Həmin obyekti inşa etmiş “Tikinti-Təchizat-Dizayn” MMC şirkəti mənim mağazamdan 6 ay əvvəl tikinti materialları götürməyə başlayıb.Lakin mən ayrı-ayrı şəxslərə məxsus anbarlardan nisyə götürərək onlara satdığım malın 7800 azn pulunu şirkətə dəfələrlə müraciət etməyimə baxmayaraq ala bilmirəm. Odur ki dayağımız olan Sizdən yeni fəaliyyətə başlamış gənc sahibkar kimi xahiş edirəm problemin həllinə köməklik edəsiniz.

Hörmətlə: Mehman Kərimov
02.12.2013-cü il

Yeri gəlmişkən, Korrupsiyaya qarşı Mübarizə Fondu artıq bir neçə ildir ki, sahibkarların fəaliyyətinə olunan qeyri-qanuni müdaxilələrlə bağlı onlara dəstək layihəsini həyata keçirir. Bu sahibkarların problemlərinin həll olunmasında Fond öz köməyini əsirgəməyəcək.