FİFA-nın başçıdı Zepp Blatter İsveçrənin Sürix şəhərində İcraçı Komitənin fövqəladə iclasının keçiriləcəyini Berlində olduğu zaman elan edib. Onun sözlərinə görə, FİFA komissiyası 2 gün ərzində təşkilatın idarə heyətinin üzvlərinin korrupsiyalaşması ittihamı barəsində rəsmi hesabatı nəzərdən keçirib. Bu xüsusilə də 2018-ci ildə futbol üzrə dünya çempionatının hansı ölkədə keçirilməsinin müəyyənləşdirilməsi prosesində meydana çıxıb.
Britaniya mətbuatının təşkilatın İcraçı komitəsinin 24 üzvündən 2-sinə qarşı irəli sürdüyü razılaşma ilə bağlı şübhələri və korrupsiya ittihamı FİFA-da tədqiq olunur. Okeaniya Futbol Konfederasyasının prezidenti taitili Reynald Temari və nigeriyalı Qərbi Avropa Futbol İttifaqının prezidenti Amos Adamu qalmaqalın mərkəzində olublar. Britaniya mətbuatının verdiyi məlumata əsasən, bu məmurlar 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsində ABŞ-ın təklifini 3.2 milyon dollara təsdiqləməyə razılıq veriblər.
FIFA fövqəladə iclas çağırır
İtar-Tass