Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Fransada Jak Şirakın vəkilinin ofisində axtarış keçirilib

Müstəntiqlər keçmiş prezidentin gizli bank hesabının mövcudluğunun mümkünlüyü ilə bağlı Fransanın xarici təhlükəsizlik üzrə Baş idarəsində və həmçinin Jak Şirakın vəkilinin ofisində axtarışlar aparıblar.
Vəkil Jan Veyin sözlərinə görə, onun ofisinə jurnalist Jan-Paskal Kuronun 1997-ci ildə müəmmalı itməsi ilə bağlı araşdırma aparan müstəntiq gəlib. Bu görüşün məqsədi “Sowa” Tokionun bankından gələn məktubu almaq olub. Həmin bu məktubda qeyd edilib ki, cənab Şirak “Sowa” bankında hesaba malik deyil. Itkin düşmüş jurnalist əvvəllər iri Taiti şirkətinin pul vəsaitlərinin guya Jak Şiraka məxsus olan Yaponiyadakı bank hesabına köçürülməsi ilə bağlı araşdırma aparıb.
Ikinci dəfə axtarış ŞirakınYaponiyadakı gizli bank hesabının mövcudluğunun mümkünlüyü ilə bağlı Paris müstəntiqləri tərəfindən keçirilib.
Fransa mətbuatı ölkənin hakim təbəqələrinin nümayəndələrinin gizli maliyyə əməliyyatlarında iştirak etdikləri və xaricdə gizli bank hesablarına malik olduqları barədə dəfələrlə yazıb. Hələ 2006-ci ildə ölkədə şayiələr gəzib ki, guya prezident Şirak Yaponiyada 300 milyon dollarlıq bank hesabına malikdir.

RİA “Novosti”