Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« Oct    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

“Fuad LTD” MMC-nin direktoru barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

“Fuad LTD” MMC-nin direktoru barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir “Fuad LTD” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.
Aparılmış istintaq zamanı Qasım Məmmədovun 2005-2009-ci illərdə “Fuad LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən həmin cəmiyyətin mühasibi Ramin İbrahimov ilə qabaqcadan əlbir olub rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Xırdalan şəhərində inşa edilən çoxmərtəbəli yaşayış binasından mənzil alınması məqsədi ilə 186 şəxs tərəfindən ödənilmiş vəsaitin 1 milyon 845 min 802 manat məbləğində pulu ələ keçirməsində, həmçinin 2005-ci ildən Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olduğu dövrdə həmin yaşayış binasından yaşayış və qeyri-yaşayış sahələri sataraq əldə etdiyi gəlirlər barədə vergi orqanlarına təqdim etdiyi bəyannamələrin məzmununa bilə-bilə təhrif olunmuş məlumatları daxil edərək gəlirləri barədə heç bir bəyannamə təqdim etmədən, həmçinin digər icbari ödənişlər üzrə ümumilikdə 1 milyon 74 min 841 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilmişdir.
İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunmuşdur.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
“Fuad LTD” MMC-nin mühasibi Ramin İbrahimov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidməti