Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Gəlirlərini gizlətdiyi üçün konqresmen Renceli ictimai töhmət gözləyir

Gəlirlərini gizlətdiyi üçün konqresmen Renceli ictimai töhmət gözləyir ABŞ-ın nümayəndələr palatasının etika komitəsi maliyyə və etik pozuntular törətdiyinə görə Nyu-Yorkdan olan 80 yaşlı Çarlz Rencelə ictimai töhmət verməyi qərara alıb. 40 il parlament stajı olan demokrat-konqressmen onun adına adlandırılmış Nyu-Yorkdakı təhsil mərkəzinin xeyrinə vəsait toplamaq üçün imkanlardan (avadanlıq) və nümayəndələr palatasının aparat heyətindən istifadə və konqres qarşısında bir neçə hesabatda 600 min dollarlıq gəlirini gizlətmək də daxil olmaqla 11 maddəyə əsasən günahkar bilinir.
Rəyasət heyəti hesab edir ki, konqressmen sənədələrin rəsmiləşdirilməsi zamanı qeyri-dəqiqliyə yol vermiş, həmçinin öz seçkiqabağı kompaniyası dövründə ofis kimi kirayə etdiyi evdən istifadə etmiş və Dominikan Respublikasındakı villasına görə vergi ödəməmişdir.
2010-cu ilin martında komitə artıq etika üzrə Rencelin işinə baxmışdı. O zaman Nyu-Yorkun Harlem rayonunda (elə buradan o, nümayəndələr palatasına seçilib) çox məşhur olan qaradərili konqresmen özəl şirkətlər tərəfindən xərci ödənilən Karib regionuna iki səyahət edib. Bu araşdırmanın nəticəsində o, palatanın vergi komitəsinin sədrliyini tərk etmişdi.

Ria xəbər