Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Gürcüstanda müstəqil məhkəmələr mövcuddurmu və yaxud dünya reytinqləri obyektiv sayıla bilərmi?

Biz artıq bilirik ki, keçmiş Müdafiə naziri İrakliy Okruaşvili Gürcüstan rəhbərliyinin fəaliyyətini kəskin tənqid edib və həmçinin hakimiyyətin yüksək eşelonunu nümayəndələrini korrupsiyada ittiham edib. O, Saakaşvilini iri maliyyə sazişlərini bağlayaraq, öz ailəsinin maraqlarının lobbiləşməsində ittiham edib və bildirib ki, korrupsiyaya qarşı yalançı mübarizə gedir, eyni zamanda isə baş korrupsionerlər hakimiyyət başındadırlar.
Okruaşvili prezidentə qarşı çıxdıqdan iki gün sonra, o saxlanılıb və məhkəmə istintaqı zamanı iki aylıq ibtidai həbs cəzasına məhkum edilib.
Həbsdən dərhal sonra ABŞ hökuməti bu hadisəyə qiymət verib. Avropa və Avrasiya məsələləri üzrə ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza bəyanatla çıxış edib. O, qeyd edib ki, ABŞ hökuməti ümidlə bildirir ki, Gürcüstan ədliyyəsi saxlanılmış keçmiş müdafiə nazir İrakliy Okruaşviliyə qarşı ədalətli olacaq və məhkəmə qanuna tam riayət olunmaqla keçiriləcək. Brayza qeyd edib ki, Okruaşvilinin saxlanılmasına dair işin təfsilatları ona məlum deyil, lakin baş vermiş hadisə yenə də təsdiq edir ki, Gürcüstanda məhkəmə sistemi möhkəmlənir. Bundan sonra Gürcüstan prezidenti Mixail Saakaşvili ilk dəfə həbsə dair izah verib. Prezident xəbərdarlıq edib ki, heç kim onu məhkəməyə təzyiq göstərməkdə günahlandırmasın: “Xüsusilə qeyd etmək istəyirəm, hər şeyi məhkəmə həll edəcək. Qoy heç kim məni məhkəmə prosesinə müdaxilə etməkdə təqsirləndirməsin, mənim buna heç bir konstitusiya hüququm yoxdur. Əgər insan pul oğurlayıb, bizim yaratdığımız dövlətə ziyan vurubsa, onda bütün şantaj və ittihamlara baxmayaraq, ədalət qalib gələcək və dövlət öz vəzifəsini də yerinə yetirəcək”.
Ola bilərmi ki, korrupsiyaya qarşı mübarizə üzrə aparan prezidentə, keçmiş nazirin korrupsiya işlərindən yalnız onun hakimiyyətin yüksək eşelonuna, o cümlədən prezidentə də qarşı ittihamlar irəli sürdükdən sonra məlum olsun?
Gördüyümüz kimi, hamı Gürcüstanın ədalətli və müstəqil məhkəmə hakimiyyətindən danışır. Lakin həqiqətən belə bir məhkəmə hakimiyyəti Gürcüstanda varmı? Beynəlxalq təşkilat “Transparency İnternational” tərəfindən 2007-ci il üçün məhkəmələrdə olan korrupsiya vəziyyəti barəsində 2007-ci ilin mayın 24-də elan olunmuş məruzədə qeyd olunur ki, bəzi ölkələrdə məhkəmələrin fəaliyyətinə olunan siyasi müdaxilə böyük problem yaradır. Bu dövlətlərin arasında Gürcüstan xüsusi yer tutur. Mərkəzi Avropa və Avrasiya ölkələri üçün hüquqi təşəbbüslərin proqramının həyata keçirilməsi üzrə Amerika Hüquqşünaslar Assosiasiyasının şöbəsi tərəfindən təqdim olunmuş məruzədə Gürcüstan barəsində deyilir: icra hakimiyyətinin təsiri bu ölkənin məhkəmə sisteminin üzləşdiyi ən ciddi problemlərdən biridir və nəticə çıxarılıb ki, 2003-cü ildən bu sahədə olan vəziyyət yalnız pisləşməkdədir. Vətəndaşların məhkəməyə müraciət etməmələrinin səbəbləri isə ixtisaslaşdırılmış kadrların defisiti, inkişaf olunmamış infrastruktur, kifayət qədər olmayan maliyyə dəstəyi və məhkəmə hökmlərinin qənaətbəxş olmayan formada icra edilməsidir. Bunlar hamısı məruzədə yazılıb.
Bu günlərdə “Transparency İnternational” tərəfindən dünyada korrupsiya vəziyyəti barəsində dərc edilmiş məruzədə deyilir ki, korrupsiyanın səviyyəsi müəyyən olunaraq, müstəqil ədalətin olması, hökumətin şəffaflığı və onun vətəndaş cəmiyyətinə tabe olması nəzərdə tutulur. Baxmayaraq ki, yuxarıda göstərilmişlərin hamısı Gürcüstanda yoxdur, bu ölkə 2007-ci il üçün “Transparency İnternational”ın siyahısında 3,4 bal ilə 79-cu yeri tutur, iki il əvvəl isə Gürcüstan 2,0 bal ilə 133-cü yeri tutmuşdur. Belə anlayışlar bu siyahıda mümkün deyil. Lakin fikirləşmək lazımıdır ki, beynəlxalq təşkilatlar tərəfindən verilmiş reytinqlərdə dünya dövlətlərinin maraqları mühüm rol oynayırlar. Bu şübhələr ondan irəli gəlir ki, son iki il ərzində bu siyahıda olan bəzi ölkələrin balları bu şəkildə dəyişilirdilər: Belarusiya, harada ki, sabitlik var korrupsiyaya qarşı mübarizə aparılır, 3,4 baldan 2,1 bala enib, lakin artıq bir neçə ildir ki, xaos dövrünü yaşayan Ukrayna 2,2 baldan 2,7 baladək qalxıb. Məhz qeyri-sabitlik korrupsiya səviyyəsinin qalxmasının səbəbidir. Moldaviya 2,3 baldan 2,8 baladək qalxıb. Keçən illər ərzində bizim keçirdiyimiz araşdırmalar və sorğular təsdiq edir ki, Azərbaycanda korrupsiya səviyyəsi arzuolunmaz vəziyyətdədir. Məgər Moldaviyada olan korrupsiyanın səviyyəsi Azərbaycanda olan korrupsiyanın səviyyəsindən aşağıdır?
Kim bəzi təşkilatların və qərb ölkələrinin bəzi ölkələrə olan ikitərəfli münasibətlərini izah edə bilər? Gürcüstanda rəngli inqilab baş verdikdən sonra, 2004-ci ilin yanvarında olan prezident seçkilərində Saakaşvili rəsmi məlumata görə 96,27% səs toplayıb, SSRİ dövründə bu miqdarda səs toplayırdılar. Demokratik dünya həmin seçkiləri demokratiyanın qalibi adlandırıb. SSRİ-nin keçmiş respublikalarında, o cümlədən Azərbaycanda belə və həm də aşağı faiz yığılan zaman, biz bəzi beynəlxalq təşkilatların və qərb dövlətlərinin münasibətlərinin şahidi olduq. Belə bir nəticə çıxarmaq olar ki, son illər ərzində həmin reytinqlərdən və seçkilərdən qərb dövlətləri tərəfindən öz siyasi maraqlarını həyata keçirmək məqsədilə bəzi ölkələrə təzyiq göstərmək üçün istifadə olunur.

Korrupsiyaya qarşı Mübarizə Fondunun İcraçı direktoru Vasif Movsumov

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO