Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

İlham Əliyev iqtisadi sektorda inqilaba başlayır

    Hakimiyyət iqtisadi sektorda ciddi dəyişikliyə başlayacaq. Proseslərə olimpiya oyunlarından dərhal sonra start veriləcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbə bildirir ki, iyulda korrupsiyanın ən çox tüğyan etdiyi gömrük sisteminin şəffaflaşdırılmasına başlanılacaq: “Gömrük yüklərinin rəsmiləşdirilməsi ASAN Xidmətə veriləcək, idxal monopoliyası aradan qalxacaq. Bu amil həm də büdcə gəlirlərinin ən azı 3-4 milyard manat artmasına səbəb olacaq. Çünki gömrükdəki indiki qeyri-şəffaf mühit büdcə daxil olmlarını azaldır – yüklərin bir qismi qeydiyyatsız ölkəyə daxil olur ”. Mənbə bildirir ki, bunun ardınca nazirliklərin statuslarına yenidən baxılması, bəzilərinin ləğv edilməsi, bəzilərinin isə yenidən qurulması nəzərdə tutulur. Eyni zamanda mərkəzi və yerli icra hakimiyyəti strukturlarında ciddi ixtisarlar gözlənilir. Neft gəlirlərinin kəskin azalması fonunda bu tədbirlər qaçılmazdır. Maraqlı qruplar buna müavimət göstərsə də, prezident hazırda dəyişikliklər paketini hazırlamaq tapşırığı verib. ASAN Xidməti yarananda president necə maraqlı qrupların müqavimətini qırıb siyasi iradə ortaya qoymuşdusa, bu dəfə də eyni addımlar atılacaq- deyə mənbə vurğulayıb.

 

 

 

istiqlal.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO