Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Kamran Əliyev: “Bu ilin 3 ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 39 cinayət işinin istintaqı tamamlanıb”

  Hesabat dövründə cinayət işləri üzrə vurulan ziyanın 5 894 138 manatının ödənməsi təmin edilib

Azərbaycanda 2015-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün məhkəmələrə göndərilib.

Bu barədə 2015-ci ilin birinci rübünün yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş İdarənin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18 556 668 manat məbləğində ziyanın 5 894 138 manatı və ya 31,7 %-nın ödənməsi təmin edilib. BU müddətdə cinayət işləri üzrə 104 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Hesabat dövründə ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verilib. Əməliyyat İdarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanıb. Bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasında başlanıb.

İlin ilk 3 ayında 13 şəxs barəsində axtarış elan edilib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib.

Bu müddətdə Baş İdarənin idarə və şöbələri tərəfindən 39 material üzrə araşdırma aparılıb, 29 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 10 material üzrə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Hesabat dövründə Baş İdarəyə 726 ərizə və şikayət daxil olub, 476 şəxs Baş İdarədə qəbul edilib. Bunlardan 106 şəxs Baş İdarə rəisi, 370 şəxs isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul olunub.

2015-ci ilin birinci rübündə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 1677 müraciətdən 1477-si ilkin, 200-ü isə təkrar olub. Müraciətlərin 111-i Baş İdarədə araşdırılıb, 15-i cinayət işinə, 66-sı Baş Prokurorluğun digər idarələrinə, 1479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə qanunla nəzərdə tutulmuş qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib.

“Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

 

APA