Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Keçmiş qlobal maliyyə krizisi qismən tamahkarlıq və korrupsiya ucbatından yaranıb

Keçmiş qlobal maliyyə krizisi qismən tamahkarlıq və korrupsiya ucbatından yaranıbBMT-nin baş katibi Pan Gi Mun qeyd olunan Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü münasibətilə nəşr edilmiş müraciətdə bu fikri bildirib.
“Maliyyə sisteminə inam sarsılıb. Bir çox bankların düzgünlüyü şübhə altına alınıb. Çox insanlar bütün ömürləri boyu yığdıqları pullarından məhrum olublar”, – beynəlxalq cəmiyyətin inzibati başçısının müraciətində bildirilir.
Pan Gi Mun davam etdi ki, “inkişaf etməkdə olan ölkələrdə hər il rüşvət və digər sui-istifadələr nəticəsində həmin ölkələrin səhiyyəsinə, təhsilinə, əhalinin içməli su ilə təchizinə və infrastrukturun inkişafına çox lazım olan milyard dollarlar xərclənir.”
Pan Gi Mun qeyd edib ki, korrupsiyaya qarşı fəal mübarizə aparmağı və etik normaların pozulmasına yol verməməyi “təkcə hökumət və maliyyə müəssisələri” etməməlidir. Korrupsiya demokratik sistemi zəiflədir, qanunun aliliyi prinsipini dağıdır və terroristlərə öz cinayətkar fəaliyyətlərini maliyyələşdirməyə imkan verir.”
“Bu gün Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə gününü qeyd edərək, düzgünlük prinsipinə və bu qlobal təhlükəyə qarşı mübarizəyə qüvvələrimizi səfərbər etmək üçün gəlin əlimizdən gələn hər şeyi edək. Korrupsiyaya qarşı mübarizə kampaniyasının şüarında deyildiyi kimi “sizin “yox” deməyinizdən çox şey asılıdır”, – BMT-nin baş katibinin müraciətində qeyd olunur.

İTAR-TASS