Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

November 2018
M T W T F S S
« Oct    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

“Komissiyanın illik hesabatı və dövlət qulluqçularının etik davranış məsələləri üzrə illik hesabat” mövzusunda dəyirmi masa keçirilmişdir

     2015-ci il 27 fevral tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Komissiyanın 2014-cü il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat” mövzusunda dəyirmi masa təşkil etmişdir. Dəyirmi masada dövlət orqanlarının nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və müstəqil ekspertlər iştirak etmişlər. Tədbir iştirakçılarını salamlayan Komissiyanın sədr müavini Vəfadar Misirov qeyd etmişdir ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd Komissiyanın 2014-cü il ərzində fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabatı vətəndaş cəmiyyətinin müzakirəsinə təqdim etməkdir. Sədr müavini bildirmişdir ki, Komissiya tərəfindən dövlət qulluğuna qəbulda neqativ halların qarşısı alınmış və bu Komissiyanın fəaliyyəti dövründə ən böyük nailiyyətlərdən biri olmuşdur. Dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanı və müsahibə mərhələsində Komissiyanın tətbiq etdiyi yeniliklərdən danışan sədr müavini həmçinin qeyd etmişdir ki, Komissiyanın keçirdiyi müsabiqə və müsahibələr nəticəsində ümumilikdə 4786 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunmuşdur. V.Misirov çıxışı zamanı Komissiyanın dövlət orqanları ilə sıx və faydalı əməkdaşlıq etdiyini, onların böyük əksəriyyətinin öz fəaliyyətlərində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinə riayət etdiyini bildirmiş, lakin Komissiya tərəfindən bəzi dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması faktlarının aşkar edildiyini də vurğulamışdır. O bildirmişdir ki, dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələbləri əsasən 3 istiqamət üzrə pozulur. Bunlar, vakant inzibati vəzifələrin qanunvericiliyə uyğun olaraq tutulması məqsədilə dövlət orqanları tərəfindən Komissiyaya təqdim edilməməsi, müsabiqədən uğurla keçən namizədin vakant vəzifəyə təyin olunmasında gecikmələr və müsabiqə qalibinin iddia etdiyi vəzifəyə təyin edilməməsi və ya başqa vəzifəyə təyin edilməsidir. Tədbirdə təqdimatla çıxış edən Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn bildirmişdir ki, 2007-2014-cü il ərzində Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibələrə ümumilikdə 153 dövlət orqanı üzrə 13387 vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Qeyd edilmişdir ki, müsabiqə və müsahibələrdə 58527 namizəd iştirak etmiş, onlardan 5485 nəfəri vakant vəzifələrə uyğun hesab edilmiş, 4786 nəfəri isə müvafiq vəzifələrə təyin edilmişdir. A.Hüseyn müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərin vəzifəyə təyin edilməsi ilə bağlı qərarın verilməsinin bir sıra dövlət orqanları tərəfindən aylarla gecikdirildiyini də qeyd etmişdir. Həmçinin şöbə müdiri bildirmişdir ki, 2014-cü il ərzində bəzi dövlət orqanları inzibati vəzifələrin tutulması məqsədilə Komissiya tərəfindən keçirilən müsabiqələrə ümumiyyətlə vakansiya təqdim etməmişlər. Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov etik davranış qaydaları ilə bağlı təqdimatla çıxış edərək, dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət və etik məsələlər üzrə maarifləndirilmə sahəsində Komissiyanın gördüyü işlərdən danışmışdır. O qeyd etmişdir ki, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10-cu bəndinə əsasən Komissiya dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları, treninqlər təşkil etmiş, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı Komissiyaya daxil olan 34 şikayəti araşdırmış, etik davranışla bağlı dövlət orqanları tərəfindən Komissiyaya təqdim edilən məlumatları ümumiləşdirmişdir. V.Əsgərov bildirmişdir ki, 2014-cü il üzrə «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının tələblərini pozan 343 dövlət qulluqçusu barədə dövlət orqanları tərəfindən intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Onlardan 319 nəfərə töhmət verilmiş, 10 nəfər dövlət qulluğundan azad edilmiş, 10 nəfərin vəzifə maaşı azaldılmış, 4 nəfər isə aşağı vəzifəyə keçirilmişdir. Tədbirdə Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, Korrupsiyaya qarşı mübarizə fondunun icraçı direktoru Vasif Mövsümov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş katibinin müavini Mehman Mehmanov, Şəffaflıq Azərbaycanın nümayəndəsi Zümrüd İsmayılova və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Eyyub Kərimli mövzular ətrafında çıxış etmişlər. Çıxışlarda xüsusi olaraq vurğulanmışıdır ki, Komissiya qeyri hökumət təşkilatları ilə sıx işləyən və vətəndaş cəmiyyəti qarşısında fəaliyyəti ilə bağlı illik hesabatını açıqlayan ilk dövlət orqanıdır. Müsabiqədən uğurla keçən namizədlərin mütləq qaydada dövlət orqanı tərəfindən vəzifəyə təyin olunması üçün Komissiya tərəfindən davamlı olaraq islahatların aparılması, müsabiqəyə təqdim olunan vakansiyalarla bağlı məlumatların sosial şəbəkələrdə yer alması, regionlarda etik davranış qaydaları ilə bağlı Komissiya tərəfindən tədbirlərin təşkil olunması və digər məsələlər ilə bağlı tədbir iştirakçıları bir sıra təkliflər irəli sürmüşlər. Sonda Komissiyanın nümayəndələri dəyirmi masa iştirakçılarının suallarını cavablandırmışlar.