Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

“Korrupsiya anlayışı və onun neqativ nəticələri ” mövzusunda növbəti maarifləndirici dərs

    Korrupsiyaya qarşı Mübarizə Fondunun təşəbbüsü ilə keçirilən növbəti maarifləndirici dərs dekabrın 9-da Bakıdakı A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə oldu. Özünün artıq məktəbdə 2-ci dərsini reallaşdıran fondun budəfəki mövzusu “Korrupsiya anlayışı və onun neqativ nəticələri” adlanırdı. Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə təsadüf edən dərsdə məktəbin 9,10, 11-ci sinif şagirdləri iştirak edirdilər. Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov şagirdlər qarşısında çıxış edərək fondun həyata keçirdiyi layihə çərçivəsində təşkil olunan dərslər barədə məlumat verdi. Qeyd olundu ki, orta məktəb şagirdləri arasında antikorrupsion dərslər keçməklə məktəbliləri korrupsiya kimi sosial bəla ilə tanış etmək, onlarda korrupsiyaya qarşı müqavimət üsulları barədə anlayışı və ona cəmiyyətdə dözülməz münasibəti formalaşdırmaq fondun qarşıya qoyduğu əsas məqsədlərdən biridir. Korrupsiyaya qarşı Mübarizə Fondunun hüquqşünası Nəzirməmməd Qaramanlı sagirdlərə korrupsiyaya qarşı mübarizədə fəallıq göstərməyi tövsiyə etdi, öz hüquqlarını bilmələrinin vacibliyindən danışdı. Debat şəklində keçən dərsdə şagirdlərdən Şamil Əhmədov, Qumral Ağabalayeva, Gündüz Osmanlı və başqaları korrupsiyaya qarşı mübarizə ilə bağlı öz fikir və mülahizələrini bildirərək onun aradan qaldırılması istiqamətində bir sıra təkliflər irəli sürdülər. Korrupsiyaya qarşı Mübarizə Fondunun nümayəndələrinin, KİV təmsilçilərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Sabir Həmidovun iştirakı ilə keçirilən dərs geniş diskussiya və fikir mübadiləsi şəraitində başa çatdı.

 

 

Samirə Kərimova

“Azərbaycan müəllimi”