Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« Oct    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Korrupsiya – Xalqa qarşı cinayət yoxsa dövlətə xəyanət?

Korrupsiya - Xalqa qarşı cinayət yoxsa dövlətə xəyanət? Nəzarətin olmadığı yerlərdə korrupsiya sövdələşmələri daha güclü olur. Necə deyərlər dərə xəlvət olduqda hər kəs öz bəyliyini göstərir. Son nəticədə isə əzilən sadə vətəndaşın dövlətə inamı azalır. Bu inamı sarsıdan məmurlara qarşı hazırda ölkəmizdə güclü mübarizə gedir. Ağdaş şəhərində Korrupsiyaya qarşı Mübarizə Fondunun düzənlədiyi tədbirdə bu məsələlərə bir daha diqqət yetirilib. Bildirilib ki, 2004-cü ildən etibarən Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi altında korrupsiyayla mübarizə istiqamətində bir çox vacib addımlar atıb. Azərbaycan bu sahədə bir çox beynəlxalq konvensiyalara qoşulub. Prezidentin imzaladığı sərəncama əsasən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011 ci illər üçün fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Bütün bunlara baxmayaraq problemlər hələ də qalmaqdadır. Lakin ən əsası budur ki korrupsiyayla mübarizə istiqamətində Prezident İlham Əliyev siyasi iradə nümayiş etdirib. Tədbirdə iştirak edən dövlət idarə və müəssisələrinin nümayəndələrinə, bələdiyyə üzvlərinə korrupsiyayla mübarizə haqqında qanunlar, sərəncamlar, bir sözlə hüquqi aktlar toplusu paylanıb. Korrupsiyaya qarşı mübarizə fondunun Ağdaş şəhər nümayəndəliyinin yaradılması haqqında qərar qəbul olunub. Qeyd edək ki, analoji tədbir ölkənin digər regionlarında da keçiriləcək.

EL TV Yevlax