Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« Oct    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Korrupsiyaya qarşı mübarizə cəmiyyətin bütün sahələrində dünya təcrübəsinə istinad…

Dünya dövlətlərini bürümüş korrupsiya problemi yalnız ayrı-ayrı ölkələrin deyil, ümumilikdə bütün dünya iqtisadiyyatının inkişafında maneələrdən biridir. Bu məsələyə beynəlxalq siyasətin əsas qayğısı kimi 1980-cı illərin əvvəllərindən baxılmağa başlandı.
Azərbaycan bu bəlaya düçar olmuş yeganə ölkə deyil. İnsanın tamahkarlığı və acgözlüyünə qalib gəlmək mümkün olmadığı kimi korrupsiyanı da tamamilə aradan qaldırmaq mümkün deyil. Korrupsiyaya qarşı mübarizənin səmərə verdiyi uğurlu ölkələrin təcrübəsinin göstərdiyi kimi korrupsiyaya qarşı mübarizəyə kompleks yanaşma olarsa, vəziyyəti güclü şəkildə sağlamlaşdırmaq olar. Çünki bu problem sosial-mədəni, iqtisadi və siyasi xarakter daşıyır. Ona görə də Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün və ölkədə korrupsiyanın səviyyəsini azaltmaq üçün aşağıdakı şərtlərin həyata keçirilməsi vacibdir.
Birinci şərt – hər birinin prinsipial proqramı olan iki partiyanın elektorat üçün mübarizə apardığı və biri-birilərinə nəzarət etdiyi real rəqabətli siyasi sistemin yaradılmasıdır. Rəqabət xarakterli siyasi mübarizənin olmadığı yerdə korrupsiya faktlarını gizlətmək asanlaşır.
İkinci şərt – rəqabətli iqtisadi sistemdir. İnhisarçılıq daima maksimal gəlir əldə etmək üçün heç nəyin qarşısında dayanmadan öz mövqeyindən istifadə edir. Yalnız rəqabətli sistem biznesin hansı yollarla, qiymətlə və hansı metodlarla bazarda üstünlük qazanmasını cəmiyyətə göstərməyi məcbur edir.
Üçüncü şərt – kütləvi informasiya vasitələrinin azadlığıdır. Onlar siyasi və iqtisadi rəqiblərdən informasiya əldə edir və onları cəmiyyətə çatdırır. Azad KİV olmadan ilk iki şərt öz səmərəsini verməyəcək. İnsanlar nələrin baş verdiyindən xəbərsiz olacaq.
Dördüncü şərt – əgər cəmiyyət, vətəndaş institutları, hər bir vətəndaş prinsipial mövqe tutmasa, bütün qapıları döyməsə və korrupsiyanın ölkə üçün nə dərəcədə təhlükəli olduğunu göstərməsə yuxarıdakı üç faktor reallaşa bilməz. Siyasi və iqtisadi qüvvələr arasında arbitr rolunu oynayan inkişaf etmiş vətəndaş cəmiyyəti olmadan korrupsiyaya qarşı mübarizə sahəsinə istiqamətlənmiş təşəbbüslər uğursuz olacaq.
Beşinci şərt – söhbət hakimiyyətin korrupsionerlərə olan münasibətindəki səciyyəvi hərəkətlərdən gedir. Sərt represiyalarla korrupsiyanı aradan qaldırmaq mümkün deyil. Çinin tərcübəsini yada salmaq kifayətdir. Burada insanlar küllü miqdarda rüşvətə görə güllələnir. Nə baş verir? Orada yenə də korrupsiya mövcuddur.
Nəhayət, altıncı şərt – inzibati islahatların davam etdirilməsidir. İqtisadiyyata dövlətin təsiri nə qədər azdırsa, bürokratın da bazar əməliyyatçılarına nəyisə icazə vermək və nəyəsə icazə verməmək kimi vasitə və yolları azalır. Belə olan halda korrupsiya aradan qalxmağa başlayır.
Biz yəni Azərbaycan cəmiyyəti dünya ölkələrində tətbiq olunmuş və səmərə vermiş bu şərtləri həyata keçirməsək, korrupsiya şəbəkəsinə qarşı mübarizə aparmaq çətin olacaq. Bu yol mürəkkəb yol olsa da, demək olar ki, yeganə sivilizasiya yoludur. Qeyd edək ki, göstərilən şərtlər Azərbaycanda qəbul edilmiş korrupsiyaya qarşı mübarizə ilə bağlı Milli Strategiyada da öz əksini tapmışdır. Deməli dünya təcrübəsi var, milli qanunvericilik var, siyasi və ictimai iradə birgə fəaliyyət göstərməlidir və bütün bu hallarda dünya təcrübəsinə də istinad olunmalıdır.
Korrupsiyaya qarşı beynəlxalq mübarizədə müxtəlif ölkələrdəki hüquqi sistemlər arasında fərqlər iqtisadi pozuntu kimi korrupsiyanın şərhində ciddi maneələr törədir. Bir ölkədə (məsələn, Tayvanda) yalnız rüşvət alanları cəzalandırırlar, lakin rüşvətin təklif olunması cinayət əməli hesab olunmur. Digər ölkələrdə (məsələn, Çilidə) vəziyyət tamamilə əksinədir: rüşvət vermə cinayət əməlidir, əgər məmur digər sui-istifadələr etməyibsə, rüşvət alma cinayət əməli hesab olunmur.
Korrupsiyaya qarşı mübarizə tədbirlərinin mərkəzi hökumət tərəfindən həyata keçirilməli olmasına baxmayaraq, onlar həmçinin vətəndaş cəmiyyəti tərəfindən də dəstək tələb edir. Siyasi liderlərin iradəsi fəal vətəndaş dəstəyinə əsaslananda qısa müddətdə kifayət qədər ciddi dəyişiklər əldə etmək mümkün olur (1990-cı ildə İtaliyada “Təmiz əllər” kampaniyasının keçirilməsi zamanı belə olmuşdur). Əksinə, əgər vətəndaşlar “ağıllı hakimlərə” ümid bağlayırlarsa və passiv oturaraq nəticə gözləyirlərsə, o zaman korrupsiyaya qarşı səsli-küylü mübarizə korrupsiyanın güclənməsi ilə sona çata bilər (məsələn, 1990-cı ildə Rusiyada məhz belə vəziyyət baş vermişdi) və ya hakim rejimin siyasi düşmənlərinə qarşı represiyalarla nəticələnə bilər.
Və yaxud Korrupsiya ittihamlarının araşdırılması üçün səlahiyyətli, xüsusi və ya müstəqil dövlət institutları yaratmaq (məsələn, İsveçrədə və bir neçə digər ölkələrdə ombudsman institutu), dövlət qulluqçuları üçün etik normalar sistemini tətbiq etmək lazımdır. Nəhayət, korrupsiyaya qarşı mübarizə könüllü olaraq bu barədə xəbər verənlər olmadan mümkün deyil. ABŞ-da korrupsiya haqqında məlumat verənlər aşkar etdikləri maddi zərərin 15%-dən 30%-dək dəyərini hədiyyə kimi əldə edirlər və onların ifşa etdikləri şəxslər tərəfindən təqibi müdafiə olunur.
Bu tədbirlərin həyata keçirilməsi hakimlərin yalnız siyasi iradəsindən deyil, idarə olunan cəmiyyətin mədəniyyətindən də asılıdır. Məsələn, Şərq ölkələrində zəif idarəçilik adətləri ilə prestijə və dövlət xidmətinin yüksək ödənişinə istinad etmək daha yaxşıdır. Məhz Yaponiya, Sinqapur və Honkonq bu yollu davam edir. Buradakı dövlət məmurlarının yüksək nüfuzu səmərəli iqtisadi sistem yaratmağa imkan verir. Qərb ölkələrində isə diqqət qeyri-hökumət təşkilatlarının, vətəndaş idarəçiliyinin və nəzarətinin yaradılmasına yönəlir.
İqtisadçıların sübut etdiyi kimi korrupsiyaya qarşı uğurlu mübarizə daha tez gəlir gətirir. Bəzi qiymətləndirməyə görə, bir pul vahidinin korrupsiyaya qarşı mübarizəyə xərclənməsi ölkədə korupsiyaya qarşı mübarizə zamanı orta hesabla 23 pul vahidi , beynəlxalq səviyyədə isə 250 pul vahidi qazanc gətirir. Hal-hazırda hamı tərəfindən qəbul olunub ki, nə ayrı-ayrı ölkələr, nə də beynəlxalq təşkilatlar biri-birilərin köməyi olmadan müstəqil olaraq korrupsiyanın öhdəsindən gələ bilmirlər. Bürokratiya həddən artıq müqavimət göstərdiyi üçün hansısa ölkədə korrupsiyaya qalib gəlmək demək olar ki, mümkün deyil. Korrupsiyanın aradan qaldırılması üçün siyasi iradə mövcud olsa belə praktik təcrübənin, informasiyanın və maliyyə resurlarının olmaması onun səmərəliliyini aşağı salır. – Birləşmiş Mİllətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Onlar təcrübəli ştatlara, böyük maliyyə vəsaitlərinə malik olsalar da, ölkə hökumətinin və xalqının korrupsiyaya qarşı mübarizədə istəyi və qətiyyəti olmasa həmin ölkədə korrupsiyaya qarşı uğurla müqavimət göstərə bilmirlər. Məhz buna görə də bu problem ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar arasında yalnız sıx əməkdaşlıqla həll oluna bilər.

Vasif Mövsümov Korrupsiyaya qarşı Mübarizə Fondunu icraçı direktoru