Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Korrupsiyaya qarşı Mübarizə Fondu

Azərbaycanda korrupsiyaya qarşı mübarizə, bizim ölkəmizi milli özünüdərki məhdudlaşdıran xəstəlikdən azad etmək – bütün xalqın və cəmiyyətin əsas məqsədlərindən biri olmalıdır.
Əsas vəzifəsi korrupsiya sahəsində tədqiqatlar apararaq onu cəmiyyətə çatdırmaq olan Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi- huquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmış qeyri-hökümət təşkilatıdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün, korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu müxtəlif tədbirlər, sorğular, tədqiqatlar keçirir.
Bu mühüm addımı atarkən Fond başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti qizlətməməklə bərabər həm də yalandan şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Təkçə şəraitin təsvirini verməklə kifayətlənmək deyil, Fond həmçinin İctimaiyyətin bu bəlaya qarşı mübarizəyə qoşulması yolu ilə korrupsiyanın müxtəlif təzahürlərinin məhdudlaşdırılmasına çalışır və hər bir şəxsin bu problemə münasibətini bildirməsi üçün şərait yaradır.
Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə qətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, demokratik dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Yüxarıda qöstərilən müddəalara çatmaq üçün,ölkədə korrupsiyanı zəiflətməyə yönələn, ictimai həyatın aşağıdaki faktorlarını öyrənmək əsas istiqamətlərdəndir: Azərbaycan ictimaiyyətinin korrupsiya probleminə münasibəti, Cəmiyyətin daha çox korrupsiyaya uğramış sahələri, Azərbaycanda korrupsiyanın əsas səbəblərini üzə çıxarmaq, İctimaiyyət və məmurlar arasındaki münasibətlərdə əməkdaşlığın yaradılması və şəffaflığı öyrənmək, Qanunvericiliyin antikorrupsion tədqiqatı, Ölkənin icraedici və qanunverici orqanlarına təkliflərin hazırlanması.
Korrupsiyaya qarşı Mübarizə Fondu öz fəaliyyəti dövründə ictimai həyatın bir sıra sahələrində korrupsiyanın səviyyəsini öyrənmək ilə bağlı layihələr həyata keçirmişdir: Kiçik və orta biznesdə korrupsiyanın səviyyəsinin öyrənilməsi və ona qarşı mübarizə tədbirlərinin görülməsi (1110 sahibkər arasında keçirilən sorğu), Təhsil sistemindəki korrupsiya məqəmları və onların aradan qaldırılması istiqamətində tədbirlər və təkliflər, Təhsil qanunu layihəsinin antikorrupsion ekspertizası, «Korrupsiyaya Qarşı Mübarizə Haqqında Qanun»a əlavə və təkliflər layihəsinin işlənməsi, Korrupsiyaya qarşı Virtual Vəkillik, Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi, Fond Azərbaycan Respublikası Təhsil Nazirliyində yaradılan korupsiyaya qarşı mübarizə üzrə işçi qrupun üzvüdür, Fond Avropa Şurasının və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının birgə layihəsiolan AZPAC-da milli ekspert kimi iştirak edir və s.
Hazırkı mərhələdə Fondun əsas fəaliyyət sahəsi ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığı çərçivəsində regionlarda korrupsiyanın səviyyəsinin öyrənilməsi və ona qarşı mübarizə mexanizmlərinin hazırlanmasıdır. Korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin və dövlət sənədlərinin əhali arasında maarifləndirilməsi və ictimai nəzarətin təşkili, vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin dövlət orqanlarına istiqamətləndirilməsində onlara yardımçı olmaqdır.