Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

February 2018
M T W T F S S
« Oct    
 1234
567891011
12131415161718
19202122232425
262728  

Korrupsiyaya qarşı Mübarizə Fondu Masallıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı…

Korrupsiyaya qarşı Mübarizə Fondu Masallıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı... Korrupsiyaya qarşı Mübarizə Fondunun «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə bir il müddətində 12 regionda həyata keçirəcəkdir. Layihənin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, «Milli Strategiya»nın ictimaiyyət və yerli dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsini keçirməklə onun icrasına ictimai nəzarəti təşkil etməkdir.
Layihə çərçivəsində növbəti dəyirmi masa aprel ayının 12-də Masallı rayonunda keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, prokurorluğun, polis idarəsinin, məhkəmənin, yerli dövlət idarələrinin, KİV-in və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov “Milli Strategiya”nın qəbulunun korrupsiyaya qarşı mübarizədə önəmli yer tutduğunu və bu mübarizənin xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığından keçdiyini qeyd etmişdir.
«Milli Strategiya»da göstərildiyi kimi ictimaiyyət korrupsiyaya qarşı mübarizədə hökumətin antikorrupsiya tədbirlərinə nəzarət imkanları əldə etmişdir. İctimai nəzarət isə yerli dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və maarifləndirmə tədbirləri vasitəsilə həyata keçirilir. Fondun icraçı direktoru ictimai nəzarətin səmərəli həyata keçirilməsi üçün bu işdə QHT-lərin, dövlət orqanlarının, KİV-in, sahibkarların və ictimaiyyətin nümayəndələrinin yaxından iştirakının təmin olunmasının əhəmiyyət kəsb etdiyini, vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin dövlət orqanlarına istiqamətləndirilməsinə yardım etmək üçün Korrupsiyaya qarşı Mübarizə Fondunda virtual məsləhət mərkəzinin fəaliyyət göstərdiyini qeyd etmişdir.
Dəyirmi masada çıxış edən Masallı rayon İcra Hakimiyyətinin, Məhkəmənin, Polis İdarəsinin, Prokurorluğun, rayon ağsaqqallarının, ictimaiyyətin və mətbuatın nümayəndələri «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın qəbulunun və onun icrasının korrupsiyaya qarşı mübarizəyə təkfn verəcəyini və bu mübarizənin səmərə verməsi üçün hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti olduğunu qeyd etdilər. Çıxış edənlər rayonda son vaxtlarda baş verən müsbət irəliləyişlərlə yanaşı əhalini narazı salan korrupsiya halları ilə bağlı, məsələn bələdiyyələrdə, əlillik dərəcəsinin verilməsində qeyri qanuni halların olduğunu və yerli dövlət orqanlarının fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsinin vacibliyini xüsusi vurğuladılar. Ərizə və şikayətlərə baxılması işinin lazımı səviyyədə qurulması, yerli dövlət qurumlarının fəaliyyətində şəffaflığın olması və ictimaiyyətə hesabatların verilməsi məsələlərinin korrupsiyaya qarşı mübarizədə əhəmiyyəti yerli dövlət orqanlarının nəzərinə çatdırılmışdır:
Korrupsiyaya qarşı Mübarizə Fondu «Milli Strategiya»nın qarşıya qoyduğu tələblərin yerli dövlət idarələri tərəfindən həyata keçirilməsinə ictimai nəzarətin təşkil olunmasının və mütəmadi olaraq bununla bağlı monitorinqləri apararaq, nəticələr barədə KİV-i, «Milli Strategiya»nın icrasına dövlət nəzarətini həyata keçirən orqanları və ictimaiyyəti məlumatlandırmağın korrupsiyaya qarşı mübarizədə mühüm addım olduğunu bildirir.

Korrupsiyaya qarşı Mübarizə Fondu

Korrupsiyaya qarşı Mübarizə Fondu Masallıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı...

Korrupsiyaya qarşı Mübarizə Fondu Masallıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı...

Korrupsiyaya qarşı Mübarizə Fondu Masallıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı...

Korrupsiyaya qarşı Mübarizə Fondu Masallıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı...

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO