Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

October 2018
M T W T F S S
« Oct    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

«Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi»

Korrupsiyaya qarşı Mübarizə Fondu Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsini həyata keçirməyə başlamışdır. Layihə bir il müddətində 12 regionda – Bakı, Sumqayıt, Salyan, Masallı, Xaçmaz, Göyçay, Mingəçevir, Şəki, Qazax, Gəncə, Lənkəran və Cəlilabadda həyata keçiriləcəkdir.
Layihənin əsas məqsədi qəbul edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” barəsində ictimaiyyəti məlumatlandırmaq, onların hüquqi maarifləndirilməsini artırmaqla yanaşı korrupsiyaya qarşı mübarizədə fəallığına nail olmaqdır. Bundan əlavə layihə vətəndaşlara korrupsiya ilə bağlı ərizə və şikayətlərinin dövlət orqanlarına istiqamətləndirilməsində yardım etməyi nəzərdə tutur. Layihə çərçivəsində korrupsiyaya qarşı mübarizədə xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığına nail olmaq üçün onların birgə iştirakı ilə dəyirmi masalar keçiriləcəkdir. Tədbirlərin məqsədi « Milli Strategiya”nın ictimaiyyət və dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsi və “Milli Strategiya”nın icrasına ictimai nəzarətin təşkilidir.
Layihənin həyata keçirilməsi ilə bağlı məlumatları saytın layihələr bölməsində izləyə bilərsiniz.