Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Korrupsiyaya qarşı Mübarizə Fondu Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə gününü qeyd edir

Korrupsiyaya qarşı Mübarizə Fondu Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə gününü qeyd edir 2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində BMT-nin korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş konfransında BMT-nin Korrupsiya əleyhinə Konvensiyası imzalanma üçün açıq elan edilib. Azərbaycan bu Konvensiyanı 27 Fevral 2004-cü ildə imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisi isə bu hüquqi aktı 1 noyabr 2005-ci ildə təsdiq edib. Konvensiya 14 dekabr 2005-ci ildə qüvvəyə minib. BMT 9 dekabrı Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü elan edib. Bu konvensiya ölkələrin inkişafına zərbə vuran, demokratiyaya və hüquqi dövlət rejiminə təhlükə yaradan korrupsiyaya qarşı mübarizə aparmaq üçün əsas beynəlxalq sənəddir. Bu əlamətdar gün ərəfəsində dünyanın müxtəlif ölkələrində antikorrupsiya aksiyaları və tədbirləri keçirilir.
Korrupsiyaya qarşı Mübarizə Fondu da bu ənənəyə sadiq qalaraq Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində Şamaxı şəhərində dəyirmi masa keçirmişdir. Tədbir “Şəffaflığın Artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strateğiya”nın maarifləndirilməsinə və icrasının müzakirəsinə, eləcə də “Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsi çərçivəsində sahibkarlara dəstək və hüquqi yardım göstərilməsinə həsr olunmuşdur. Ziyalıların, sahibkarların, yerli dövlət idarələri, hüquq-mühafizə orqanları və bələdiyyələrin nümayəndələrinin iştirak etdiyi dəyirmi masada Fondun Şamaxı şəhərində regional nümayəndəliyinin fəaliyyətinin təşkili qərara alınmışdır .
Beynəlxalq korrupsiyaya qarşı mübarizə günündə qeyd etmək yerinə düşər ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin vəziyyəti və korrupsiyanın səviyyəsi ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Fondunun apardığı araşdırmaların nəticələrinə görə əhalinin son illərdə korrupsiyaya müqaviməti artsa da, ölkədə korrupsiyanın səviyyəsi hiss olunacaq dərəcədə azalmamışdır. Bu onu göstərir ki, “Milli Strateyiya”nın icrası Fəaliyyət Planında nəzərdə tutulmuş tələblərdən geri qalır.
Fond olaraq, biz hesab edirik ki, korrupsiyaya qarşı mübarizədə korrupsioner məmurların müqavimətini qırmaq üçün onların fəaliyyətinə vətəndaş cəmiyyəti və dövlət orqanlarının birgə əməkdaşlığı sayəsində ictimai və dövlət nəzarəti gücləndirilməlidir.