Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Korrupsiyaya qarşı Mübarizə Fondu növbəti antikorrupsion dərsini keçdi

    Bugün Korrupsiyaya qarşı Mübarizə Fondu 54 saylı orta məktəbdə növbəti 3-cü dərsini keçdi.Dərsin mövzusu “Qanunlar”  idi.Məzmunu isə şagirdləri korrupsiya haqqında, Azerbaycan Respublikası qanunvericiliyi barədə məlumatlandırmaq,”Rüşvət, hədiyyə, minnətdarlıq və sair”  in-izahatı haqqında maarifləndirmək oldu.Şagirdlərə öz hüquqlarını başa salmaq və tələb etmə yollarını öyrətmək,rastlaşdıqları hər hansı bir qeyri-qanuni fakt haqqında bizim qaynar xəttə məlumat göndərməyin vacib olduğu bildirildi.Dərs prosesi zamanı şagirdlər sırasında öz fəallığı ilə xüsusi fərqlənən 11-ci sinif şagirdi Gündüz Osmanlı oldu.O müzakirələrdə verdiyi suallar və fikirləri ilə çox fərqlənirdi.Dərsin sonunda şagirdlər cəmiyyətimiz üçün çox önəmli olan antikorrupsion dərsləri keçirməyin dəyərli olduğunu və belə maarifləndirmə dərslərin davamlı olaraq təşkil olunmasının onlar üçün vacib rol oynadığını bildirdilər.Məktəbin direktoru Sahibə Abbasova antikorrupsion dərslərimizin keçirilməsindən çox razı qaldığını, şagirdləri bu sahədə maarifləndirməyin onların gələcək həyatları üçün də vacib rol oynayacağını qeyd etdi.Fondun icraçı direktoru Vasif Mövsümov belə antikorrupsion dərslərin digər məktəblərdə də mütamadi olaraq keçiriləcəyini vurğuladi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə Fondu

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO