Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Korrupsiyaya qarşı Mübarizə Fondu yeni layihəyə start verir

Korrupsiyaya qarşı Mübarizə Fondu QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə may- oktyabr aylarını əhatə edəcək “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlarla dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsini həyata keçirməyə başlayıb. Layihə ölkənin 5 regionunda – Qusar, Şəmkir, Ağstafa, Cəlilabad, Sumqayıtda həyata keçiriləcək. Layihənin məqsədi vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu üçün regional Qaynar xətlərin fəaliyyəti; vətəndaşların ərizə və şikayətlərinin elektron qaydada qəbulu və virtual vəkillik xidmətinin təşkili; Fondun regionlardakı ofislərində korrupsiya şikayətləri ilə bağlı vətəndaşların qəbulu və onlara hüquqi yardımın göstərilməsidir. Layihə çərçivəsində korrupsiya cinayətləri ilə bağlı şikayətlərin təşkili və onların hüquq-mühafizə orqanlarına istiqamətləndirilməsi üçün “Antikorrupsion Yaddaş” (buklet) bütün regionlarda əhaliyə paylanılacaq. Bundan əlavə, Korrupsiyaya qarşı Mübarizə Fondu öz potensialı hesabına ölkənin bütün ərazisində korrupsiyanın səviyyəsi və ona qarşı mübarizənin vəziyyəti ilə bağlı ANTIKORRUPSION ÜMUMRESPUBLIKA SORĞUSU keçirilməsini nəzərdə tutur.

Korrupsiyaya qarşı Mübarizə Fondu