Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci regional nümayəndəliyi fəaliyyətə başladı

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci  regional nümayəndəliyi fəaliyyətə başladı AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlara dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsi çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Fondunun Qusarda regional nümayəndəliyi fəaliyyətə başlayıb.
Bu münasibətlə Qusar şəhərində Qaynar xəttin və regional ofisin təqdimat mərasimi keçirilib. Tədbirdə yerli icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət orqanlarının, KİV-in və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Respublikada sayca 8-ci olan Fondun regional nümayəndəliyinin yaradılmasında əsas məqsədi vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu və onlara hüquqi yardımın göstərilməsi, eləcə də korrupsiyaya qarşı mübarizədə dövlət orqanları ilə vətəndaşların birgə fəaliyyətinin möhkəmləndirməkdir.
Yeni yaradılan qurum vətəndaşların şikayətlərinin aidiyyatı orqanlara çatdırılmasında vasitəçi rolunu oynayacaq. Korrupsiya şikayətləri ilə müraciət edən vətəndaşların ərizələri baxılması üçün Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndəriləcək. Dəyirmi masada korrupsiyaya qarşı mübarizə metodları barədə maarifləndirici söhbətlər aparılıb. Eləcə də Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”, “ASAN” xidmət mərkəzləri barədə müzakirələr aparılıb və bu sənədlərdə dövlət orqanlarının və ictimaiyyətin qarşısında duran vəzifələr qeyd olunub və bunların gələcəkdə icrasının monitorinqinin keçirilməsi zəruri hesab edilib.

Tədbirin video çəkilişini aşağıdakı linklərdə izləyə bilərsiniz:

İzlə-1
İzlə-2
İzlə-3
İzlə-4

Korrupsiyaya qarşı Mübarizə Fondu

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci  regional nümayəndəliyi fəaliyyətə başladı

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci  regional nümayəndəliyi fəaliyyətə başladı

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci  regional nümayəndəliyi fəaliyyətə başladı

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci  regional nümayəndəliyi fəaliyyətə başladı

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci  regional nümayəndəliyi fəaliyyətə başladı

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci  regional nümayəndəliyi fəaliyyətə başladı

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci  regional nümayəndəliyi fəaliyyətə başladı

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO