Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının monitorinqinin nəticələri açıqlanıb

 “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015ci illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) monitorinqinin nəticələrinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində fond tərəfindən MFP-nın monitorinqi ilə bağlı artıq ikinci hesabat təqdim olunur. O deyib ki, monitorinq zamanı məlum olub ki, MFP-da nəzərdə tutulan korrupsiya əleyhinə tədbirlərin 2 il 4 ay ərzində orta icra göstəricisi 71.47 faiz olub: “2012-2013-cü illərin sentyabr aylarını əhatə edən dövr üçün bu göstərici 34 faiz təşkil edib. Azərbaycanda ilk dəfə olaraq MFP-nın tam monitorinqi keçirilib. Bu layihə növbəti ildə də davam edəcək. Biz monitorinq zamanı fəaliyyət planı üzrə ayrı-ayrı icra orqanlarının nümayəndələri ilə görüşdük, fikir mübadiləsi apardıq. Monitorinq prosesi göstərdi ki, dövlət orqanları MFP ilə üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində dinamika nümayiş etdiriblər”.

Layihənin koordinatoru Zaur İbrahimov monitorinqin nəticələrini açıqlayaraq qeyd edib ki, MFP dövlət qurumları, komitələr, bələdiyyələr və dövlətə məxsus şirkətlər tərəfindən icrası nəzərdə tutulan 125 bənddə əks olunan tədbirlərdən ibarətdir. O bildirib ki, ümumilikdə MFP təsdiq olunduqdan sonra korrupsiya əleyhinə keçirilən 91 tədbirin icrasının 2014-cü ildə başa çatması nəzərdə tutulub: “Monitorinqin nəticələri göstərib ki, 2014-cü ildə başa çatması nəzərdə tutulan tədbirlər də daxil olmaqla, 53 tədbirin 100 faiz icra edildiyini söyləmək olar. 30 tədbir 50 faizdən çox həyata keçirilib. 19 tədbir isə 50 faizi icra olunub, 11 bənd üzrə icra göstəricisi 30 faizdən aşağıdır”.

Tədbirdə o da qeyd olunub ki, MFP-da nəzərdə tutulan korrupsiyaya qarşı mübarizədə preventiv tədbirlər və korrupsiya risklərinin azalmasına yönəlik bir sıra tədbirlərin icrasının ləngiməsi də nəzərə çarpır. İlk növbədə lisenziya və icazələrin verilməsinin sadələşdirilməsi, vergi bəyannamələrinin təqdim edilməsinin dövriliyinin azaldılması, səhiyyə sistemində icbari tibbi sığorta sisteminə keçid, daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüququ şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların qəbulunda ləngimələr qeyd edilməlidir.  

 

APA