Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« Oct    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Lənkəranda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» müzakirə edilib

Lənkəranda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» müzakirə edilib Korrupsiyaya qarşı Mübarizə Fondunun «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə bir il müddətində 12 regionda həyata keçirilir. Növbəti tədbir Lənkəran şəhərində keçirilmişdir. Tədbirin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, «Milli Strategiya»nın ictimaiyyət və yerli dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsini keçirməklə onun icrasına ictimai nəzarəti təşkil etməkdir.
Tədbirdə şəhər icra hakimiyyətinin, QHT-lərin, prokurorluğun, polis idarəsinin, məhkəmənin, yerli dövlət idarələrinin, KİV-in və ictimaiyyətin nümayəndələri (80 nəfər) iştirak etmişlər. Çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov “Milli Strategiya”nın qəbulunun korrupsiyaya qarşı mübarizədə önəmli yer tutduğunu və bu mübarizənin xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığından keçdiyini qeyd etmişdir.
Dəyirmi masada çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin, yerli QHT-lərin və ictimaiyyətin nümayəndələri «Milli Strategiya»nın qəbulunun və onun icrasının korrupsiyaya qarşı mübarizəyə təkan verəcəyini və bu mübarizənin səmərə verməsi üçün hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyətli olduğunu qeyd etdilər. Müzakirələrdə Korrupsiyaya qarşı Mübarizə Fondunun təklifi ilə Lənkəran şəhərində Milli Strategiyanın icra olunmasının monitorinqinin aparılması, ictimai nəzarətin təşkili barədə fikir mübadiləsi aparıldı. Ərizə və şikayətlərə baxılması işinin lazımı səviyyədə qurulması, yerli dövlət qurumlarının fəaliyyətində şəffaflığın olması və ictimaiyyətə hesabatların verilməsi məsələlərinin korrupsiyaya qarşı mübarizədə əhəmiyyəti yerli ictimaiyyətinin nəzərinə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, «Milli Strategiya» icrası ilə bağlı əldə olunan nəticələr barədə mütəmadi olaraq KİV, «Milli Strategiya»nın icrasına dövlət nəzarətini həyata keçirən orqanlar və ictimaiyyət məlumatlandırılacaqlar.

Korrupsiyaya qarşı Mübarizə Fondu

Lənkəranda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» müzakirə edilib

Lənkəranda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» müzakirə edilib

Lənkəranda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» müzakirə edilib

Lənkəranda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» müzakirə edilib