Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

October 2018
M T W T F S S
« Oct    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Ölkədə insan hüquqlarının qorunması qarantı ədalətli məhkəmə sistemi olmalıdır

Ölkədə insan hüquqlarının qorunması qarantı ədalətli məhkəmə sistemi olmalıdır Vəkil Aslan İsmayılov
Ötən il ərzində mən vətəndaşlarımızdan müxtəlif bəhanələrlə şəxsi mülklərinin alınması halları ilə tez-tez rastlaşırdım. Baxmayaraq ki, bütün sənədlər onların həmin mülklərin tam hüquqlu sahibi olduqlarını təsdiq edirdi. Daha qorxulu fakt isə odur ki, xüsusi mülkiyyət prinsipinin pozulması Azərbaycanda get-gedə insan hüququnun pozulmasının daha yayılmış növünə çevrilir.
Azərbaycanda hazırki problemin yeganə mümkün həlli var: qanuna riayət etmək. Əfsuslar olsun ki, hazırki Azərbaycanda qanunlara münasibət yüngül xasiyyətli qadınlara qarşı olan münasibət kimidir. Mövcud problemlər çox vaxt vətəndaşlarımızın doğurdan da məhkəməyə kömək üçün müraciət edərək öz qanuni haqlarını müdafiə edə bilməmələri ilə dərinləşir. Təbiidir ki, belə vəziyyət yolverilməzdir.
Çünki, ölkədə insan hüquqlarının qorunması zəmanəti yaxşı və ədalətli fəaliyyət göstərən məhkəmə sistemidir. İstənilən vətəndaş məhkəməyə müraciət edə bilməli və əmin olmalıdır ki, məhkəmə ədalətli qərar çıxaracaq. Təəssüflər olsun ki, reallıq tamam başqa mənzərə nümayiş etdirir: məhkəməyə həm haqlı, həm də haqsız olanlar gedir. Lakin haqsız olanlar məhkəməyə gedəndə qəti əmindirlər ki, rüşvət vasitəsilə onlar avtomatik olaraq haqlıya çevriləcəklər. Məhkəmələrə qarşı belə münasibət yolverilməzdir!

Day.Az