Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« Oct    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

İllinoys ştatının qubernatoru həbs edilib

İllinoys ştatının qubernatoru həbs edilibİllinoys ştatının qubernatoru, demokrat Rod Blaqoyeviç həbs edilib. Onu İllinoysdan senat təyin etmə zamanı pul almaq cəhdində günahlandırırlar. ABŞ Konqresinin Senatındakı boş yer prezident seçilən Barak Obamanın olub. Amerika qanunlarına görə, belə halda ştat təmsilçisini təyin etmək hüququ onun qubernatoruna məxsusdur. Obama bu işdə öz iştirakını inkar edir.
Blaqoyeviç 4.5 min dollar girov qoyduqdan sonra müvəqqəti azadlığa buraxılıb. Girovun əsas şərtlərindən biri müttəhimin günahını boynuna alması olub.
Federal Təhqiqat Bürosunun materiallarına əsasən, məhkəmə İllinoys ştatının 51 yaşlı qubernatorunun telefonunu dinləməyə icazə verib. Telefon danışıqlarından məlum olub ki, Blaqoyeviç senator yerini Qeyri-hökumət təşkilatına və ya həmkarlar ittifaqı ilə işləyən təşkilata yüksək pula “satmaq” arzusunda olub. Blaqoyeviç həm də istəyib ki, onun həyat yoldaşının illik gəliri 150 min dollara çatsın.
O, həm də seçki fondlarından pul əldə etmək, Prezident komandasına və ya qubernator postunu tərk etdikdən sonra səfir vəzifəsinə təyin olunmaq arzularından danışıb. “Mən pul qazanmaq istəyirəm”,- Federal Təhqiqat Bürosunun əməkdaşları Blaqoyeviçin sözlərini sitat gətirirlər.
Blaqoyeviçə qarşı “fırıldaqçılıq” və “rüşvət verməyə meyllilik” maddələri ilə rəsmi ittiham qaldırılıb. Qubernatorla bərabər onun aparatının rəhbəri Con Harris də gözət altında yerləşdirilib. O, həm də korrupsiyada şübhəli bilinir. Hazırda, Rod Blaqoyeviç gözət altındadır.

İTAR-TASS