Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Məktəblərdə fond pulu yığımı davam edir

Məktəblərdə fond pulu yığımı  davam edir Məktəblərdən fond pulu yığılması həmişı mətbuatın əsas mövzularından biri olub. PİA.AZ-a məktəblərdə qanunsuz pul toplanması haqqında məlumat daxil olub. Bu şikayəti oldumu kimi oxuğularımıza təqdim edirik:
“Hörmətli PİA.AZ redaksiyası, Bakıdakı 150 nömrəli orta məktəbin direktorunu təlim-tərbiyə yox,fond pulu toplamaq maraqlandırır. Təhsil naziri Misir Mərdanov dəfələrlə bəyan edib ki, məktəblərdə fond pulu adı ilə pul yığmaq kampaniyasına birdəfəlik son qoyulub. Hətta zaman-zaman nazir bu işlə məşğul olan məktəb direktorlarını da ciddi cəzalandıracağını bildirib.
Deyəsən bəzi məktəb direktorları nazirin belə sözlərinə artıq vərdiş ediblər,ya da öz könə vərdişlərindən əl çəkə bilmirlər.Onlar hələ də müxtəlif adlarla şagirdlərdİn pul yığdırır,məktəbi bazara çevirirlər.Belələrindən biri də Bakının Yasamal rayonundakı 150 nömrəli məktəbdir. Bu məktəb Qarabağ uğrunda gedən döyşlərdə 19 yaşında şəhid olmuş Faiq Rzayevin adını daşıyır.
150 nömrəli orta məktəb bu il Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə təmir edilmiş və müasır avadanlıqlarla təchiz olunub.Şagirdlərin normal təhsil almaları üçün hər çür şərair yaradılıb. Bu məktəbdə təhsil alan şagirdlərin valideynləri bütün bunlara görə Heydər Əliyev Fonduna öz minnətdarlıqlarını bildirirlər.Ancaq yeni dərs ili başlayandan bir qədər sonra nəktəbin direktoru Mirdamət müəllim valideynlərin xoş ovqatına necə deyərlər,soğan doğradı. Direktorun göstərişi ilə müəllimlər şagirdlərdən hər ay 4 manatdan” fond pulu” toplardırmağa başladı. Bununla məsələ bitsəydi valideynlər narazı qalmazdı. Amma direktorun başqa bir göstərişi ilə hər ay xadimələrə vermək adı ilə hər şagirddən 1 manatdan pul yığılır.
Valideynlər bununla məsələnin bitdiyini hesab etdiyi bir vaxtda Mirdamət müəllimdən başqa bir tapşırıq da gəldi: məktəbin qapısında dayanan təhlükəsizlik xidmətinin işçilərinə vermək üçün hər ay hər bir şagird 1 manar verməlidir. Ümumulikdə bu etdi, hər ay 6 manat. Mirdamət müəllim indi də dövlət başçısının adından istifadə edərək bu yolla pul yığdırır. Direktor tapşırıb ki, Prezidentin şəklini alıb məktəbdən müvafiq yerdən asmaq lazımdır. Buna görə hər şagirddən 1 manatdan pul yığmaq lazımdır.Bu tədris müəssisəsində bir ailədən 2-3 uşaq təhsil alır. Hərəsi hər ay 7 manatdan versələr, bu 21 manat edir. Heç olmasa,şəhid adına hörmət etmək lazımdır”.

pia.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO