Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« Oct    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Məmurların aldığı rüşvət Rusiya dövlət büdcəsinin üçdə bir hissəsi qədərdir

Rusiya Federasiyasında korrupsiyanın miqyası inanılmazdır. “Ekspertlərin fikrincə, məmurlarımızın korrupsiya fəaliyyətindən aldığı gəlirin həcmi ölkə budcəsinin üçdə bir hissəsi qədərdir”, – deyə RF Prokurorluğu yanında İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib. Onun sözlərinə görə, hər il 33 milyard dollar biznesmenlərin cibindən məmurların ciblərinə gedir. “Məişət səviyyəsində olan rüşvətxorluğun həcmi 3 milyard dollar təşkil edir”, – deyə o qeyd edib. Və bu yalnız rüşvətdən əldə edilən gəlirdir. Məmurların digər varlanmaq yolları da var, məsələn, müəssisələrin satışı və ya büdcə vəsaitlərinin mənimsənməsi… Beləliklə, onların əllərinə iri məbləğdə pul vəsaitləri gəlir – ildə 100 milyard dollara qədər. Dövlət hakimiyyəti və yerli özünüidarə orqanların məmurlarına qarşı korrupsiya cinayətləri ilə bağlı 435 cinayət işi qaldırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları da “seçiliblər” – onlara qarşı 1662 cinayət işi qaldırılıb.
– Bizi idarənin yüksəkliyi və ya biznesmenin zənginliyi yox, yalnız onların hərəkətlərində cinayət tərkibinin olub-olmadığı maraqlandırır, – deyə Bastrıkin söyləyib. O rəhbərlik etdiyi idarənin rüşvətxorlara qarşı apardığı ciddi mübarizə barədə danışaraq, öz işçilərinin əməllərini də ört-basdır etməyib.
– Prokurorluq yanında İstintaq komitəsinin fəaliyyəti zamanı biz öz müstəntiqlərimizə qarşı on cinayət işi qaldırıb və araşdırma aparmışıq, – deyə PİK rəhbəri qeyd edib.

BBC