Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Məmurların fəaliyyətini dövlət qurumları daha böyük nəzarət altında saxlamalıdır

Məmurların fəaliyyətini dövlət qurumları daha böyük nəzarət altında saxlamalıdır Azərbaycanda insan hüquqlarının qorunmasında 10 il əvvəlki vəziyyətlə Azərbaycanın bu gününü müqayisələndirdikdə heç kim inkar etməz ki, çox böyük dönüş yaranıb. Amma bununla belə heç kim də birmənalı şəkildə hüquq pozuntusunun olmadığını deyə bilməz. Belə bir bəxtəvər ölkəni də kimsə tanımır. Azərbaycanla bağlı bir sıra problemlərin mənbəyi məmur bəlası, məmur özbaşınalığıdır. Siyasi iradə, eləcə də dövlətin siyasəti heç kimin zorakılığa məruz qalmamasına yönəlib. Bilavasitə göstərişlər də var ki, hər bir zorakılıq halı çox ciddi cəzalandırılmalıdır ki, təkrarlanmasın. Əvvəllər daxili işlər orqanlarında zorakılıq bundan qat-qat çox idi. Amma eyni zamanda onu da deyim ki, zorakılığın sayının çox və ya az olması önəmli deyil. Əsas odur ki, sadəcə zorakılığa yol verilməməlidir. Biz isə-bütün məmurlar bunu özümüzə vəzifə və borc kimi dərk etsək, heç kəs kimsəyə qarşı zorakılığa yol verməz.
Bütün ölkələrdə belə zorakılıqlar var. Qısa müddətdə insanın libasını yeniləmək olar, hansısa şəraitini dəyişmək olar. İnsanın düşüncəsinin, vərdişlərinin, həyat tərzinin dəyişməsi isə addım-addım, özü də daha kiçik addımlarla həyata keçirilən bir işdir. Ona görə məmurların fəaliyyətini elə dövlət qurumları özləri də daha böyük nəzarət altında saxlamalıdır. Biz fəaliyyətə başlayanda, bir adamın cəzalandırılmasına nail ola bilmirdik. Amma keçən il təkcə daxili işlər orqanlarından 240-dan çox, prokurorluq orqanlarından isə 60-dan çox adam cəzalandırılıb. Əvvəllər yalnız kiçik məmurlar cəzalandırılırdısa, bu gün baxın, polis, prokurorluq və digər orqanlardakı məmurlar cəzalandırılırlar. Özü də ciddi şəkildə, sadəcə şifahi, yaxud töhmət verilməklə yox. Bunların bəziləri məhkəməyə verilir, bəziləri uzun illər işlədiyi sistemdən qovulur, bəzilərinin rütbəsi endirilir.

Azadlıq radiosu