Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

February 2018
M T W T F S S
« Oct    
 1234
567891011
12131415161718
19202122232425
262728  

Mingəçevirdə «Şəffaflığın artırılması və korrupsiyaya

Mingəçevirdə «Şəffaflığın artırılması və korrupsiyaya Korrupsiyaya qarşı Mübarizə Fondunun «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə bir il müddətində 12 regionda həyata keçirilir. Növbəti dəyirmi masa Mingəçevir şəhərində keçirilmişdir. Tədbirin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, «Milli Strategiya»nın ictimaiyyət və yerli dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsini keçirməklə onun icrasına ictimai nəzarəti təşkil etməkdir.
Tədbirdə şəhər icra hakimiyyətinin, prokurorluğun, MTN-nin şəhər şöbəsinin, polis idarəsinin, məhkəmənin, yerli dövlət idarələrinin, KİV-in və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov “Milli Strategiya”nın qəbulunun korrupsiyaya qarşı mübarizədə önəmli yer tutduğunu və bu mübarizənin xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığından keçdiyini qeyd etmişdir.
Dəyirmi masada çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Şəhər Polis İdarəsinin rəisi, bələdiyyə orqanlarının, təhsil sisteminin, KİV-in və ictimaiyyətin nümayəndələri «Milli Strategiya»nın qəbulunun və onun icrasının korrupsiyaya qarşı mübarizəyə təkan verəcəyini və bu mübarizənin səmərə verməsi üçün hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti olduğunu qeyd etdilər. Müzakirələrdə Mingəçevir şəhərində son vaxtlarda baş verən müsbət irəliləyişlərlə yanaşı əhalini narazı salan bəzi problemlər ilə bağlı fikir mübadiləsi aparıldı. Ərizə və şikayətlərə baxılması işinin lazımi səviyyədə qurulması, yerli dövlət qurumlarının fəaliyyətində şəffaflığın olması və ictimaiyyətə hesabatların verilməsi məsələlərinin korrupsiyaya qarşı mübarizədə əhəmiyyəti yerli dövlət orqanlarının nəzərinə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, «Milli Strategiya»da yerli dövlət qurumları qarşısında qoyulan tələblərin həyata keçirilməsinə ictimai nəzarət təşkil olunaraq, mütəmadi olaraq icra ilə bağlı monitorinqlər aparılacaq və nəticələr barədə KİV, «Milli Strategiya»nın icrasına dövlət nəzarətini həyata keçirən orqanlar və ictimaiyyət məlumatlandırılacaqlar.

Korrupsiyaya qarşı Mübarizə Fondu

Mingəçevirdə «Şəffaflığın artırılması və korrupsiyaya

Mingəçevirdə «Şəffaflığın artırılması və korrupsiyaya

Mingəçevirdə «Şəffaflığın artırılması və korrupsiyaya

Mingəçevirdə «Şəffaflığın artırılması və korrupsiyaya

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO