Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

MONEYVAL Azərbaycanın ikinci tərəqqi hesabatını qəbul etdi

MONEYVAL Azərbaycanın ikinci tərəqqi hesabatını qəbul etdi 2011-ci ilin 13-16 dekabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 37-ci plenar iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.
Plenar iclasın gündəliyinə Azərbaycan Respublikası tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində həyata keçirilmiş tədbirlərə dair ikinci tərəqqi hesabatının müzakirəsi məsələsi də daxil edilmişdi.
İlkin olaraq, Azərbaycan Hökuməti tərəfindən təqdim olunmuş tərəqqi hesabatı üzrə Komitənin Katibliyi və məruzəçi ölkə qismində çıxış edən Polşanın nümayəndə heyəti tərəfindən aparılmış təhlil dinlənildi. Hər iki təhlildə hesabat dövrünü əhatə edən son iki il ərzində Azərbaycanda PY/TMM sahəsində əhəmiyyətli tərəqqinin əldə edildiyi, hüquqi və institusional mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırıldığı və ümumilikdə, Hökumətin bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə diqqətlə yanaşdığı qeyd olunmuşdu.
Daha sonra, plenar iclas çərçivəsində aparılmış müzakirələrin gedişində Latviya, Estoniya, Kipr, San-Marino və s. ölkələrin nümayəndə heyətləri, habelə Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun təmsilçiləri tərəqqi hesabatına dair suallar verdi, eləcə də Azərbaycanın müvafiq sahədə əldə etdiyi nəticələrə dair öz münasibətlərini bildirdi.
Müzakirələrin yekununda tərəqqi hesabatı MONEYVAL Komitəsi tərəfindən qəbul edildi.
Həmçinin, plenar iclasın gedişində, gündəliyə uyğun olaraq, Komitənin Bürosunun sədri, sədr müavini və üzvləri vəzifələrinə növbəti seçki keçirildi və Büronun hazırkı sədri və müavini növbəti səlahiyyət dövrü üçün müvafiq vəzifələrə yenidən təyin edildi.
Plenar iclasın gedişatında Monako, İsrail, Ukrayna, Estoniya, Moldova, Rumıniyanın 3-cü mərhələ tərəqqi hesabatlarına, eləcə də, Albaniya, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələrin PY/TMM sahəsində həyata keçirdiyi tədbirlərə dair müzakirələr də aparıldı.
İclas zamanı, həmçinin, 2012-ci il üçün MONEYVAL çərçivəsində həyata keçiriləcək qiymətləndirmə və görüşlərin gündəliyi də qəbul olundu.

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatı
İctimaiyyətlə əlaqələr sektoru