Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

October 2018
M T W T F S S
« Oct    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Nigeriya hökuməti Dik Çeyni rüşvətxorluqda günahlandırır

Nigeriya hökuməti Dik Çeyni rüşvətxorluqda günahlandırır Nigeriyanın Korrupsiyaya qarşı mübarizə agentliyi ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeynə qarşı Halliburton firmasının filiallarından birində olan rüşvət qalmaqalı ilə əlaqədar ittiham irəli sürmək niyyətindədir. Söhbəti gedən rüşvət Nigeriyanın cənubunda mayeləşdirilmiş natural qaz istehsalı fabrikinin tikintisi zamanı Halliburtonun filialı KBR tərəfindən ödənilmişdir. Ötən il Amerika məhkəməsində KBR etiraf edib ki, 2007-ci ilə qədər Nigeriyada məmurların ələ alınmasına 180 milyon dollar xərcləyib. Şirkət 579 milyon dollar cərimə olundu.
2001-ci ildə ABŞ-ın vitse-prezidenti olmamışdan əvvəl Dik Çeyn Halliburtonun icraçı direktoru olub. Femi Babafeminin sözlərinə əsasən, Çeynə qarşı ittihamlar onun Halliburtondakı fəaliyyəti ilə bağlıdır. Bu gün KBR Halliburtona məxsus deyil və Halliburton da bildirir ki, onun rüşvətlə bağlı məsələ ilə əlaqəsi yoxdur. Dik Çeynin vəkili bəyan edib ki, ABŞ-da müstəntiqlər rüşvətxorluqla əlaqədar Çeynə qarşı heç bir dəlil tapmayıblar.

BBC