Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

June 2018
M T W T F S S
« Oct    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

“Onlar cəzasını çəkəcək…”- Həbslərlə bağlı daha bir sərt reaksiya

   “Verilən kreditlərin geri qaytarılmaması Azərbaycan üçün ən böyük bəladır. Hökumət bunun qarşısını almaq, ayrı-ayrı iş adamlarında qalan vəsaitlərin geri alınması üçün sərt tədbirlərə əl atmalıydı, atdı da”. 

“Qafqazinfo” xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi-Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib. 

O bildirib ki, həbslər hələ davam edəcək: “Kredit borcları həddindən artıq çoxalmışdı. Banka borclar çoxdur, ona görə də belə proseslər gedir. Bu gözlənilən idi. Çünki kredit borcları haradasa, 1 milyardı ötmüşdü. Biz dəfələrlə Milli Məclisdə kredit faizlərinin yüksək olması, kreditlərin qaytarılmaması məsələlərinə toxunurduq. Qərar qəbul olunub müəyyən yoxlamalar keçirilir. Kim dövlətin qanun- qaydasını pozubsa cəzasını çəkəcək. Burada qeyri-adi bir şey yoxdur. Mənə elə gəlir ki, hələ bir müddət bu həbslər davam edəcək, qanunları pozan xeyli iş adamları cəzalanacaq”. 

Kimlərin həbs olunacağı məsələsinə gəlincə, V.Əhmədov bildirib ki, bu barədə əvvəlcədən proqnoz vermək çətindir: “Dövlətin əmlakı mənimsənilibsə, hər kəs başa düşməlidir, qanun var və o, məsuliyyətə cəlb oluna bilər. Bu vəzifə sahibidir, məmurdur, şirkət rəhbəridir fərq eləmir. Qanun qarşısında hamı eynidir. Söhbət Azərbaycan qanunlarının pozulmasından gedir”. 

Biz bu prosesləri izləyirik, dəfələrlə Mili Məclisdə də bununla bağlı məsələ qaldırmışıq. Müəyyən vaxtlarda “Maliyyə nəzarəti haqqında” qanunun qəbul olunması üçün təkliflər etmişdim, amma təəssüf ki, qəbul olunmadı. Mənimsənilən vəsaitlərin əksəriyyəti dövlət büdcəsinin talanması hesabına baş verib. Bunun qarşısının alınmasının yeganə yolu gələcəkdə Azərbaycanda “Maliyyə nəzarəti haqqında” qanunun qəbul edilməsidir ki, bununla dövlət büdcəsində həm şəffaflıq təmin olunar, həm də maliyyə nəzarəti mexanizmi daha da yaxşılaşar.
Qeyd edək ki, bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamlarının həbsi ilə bağlı məlumatlar yayılıb. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Həbs olunanlardan “Khazar İsland”ın rəhbəri Hacı İbrahim Nehrəmlinin, neft oliqarxı Nizami Piriyevin, Bayraq Meydanının bir neçə gün əvvəl işdən qovulan rəhbəri Rəşad Məmmədovun və sabiq millət vəkili Dünyamin Xəlilovun adı açıqlanıb. 

 

 

Qafqazinfo